Yapı Kredi Bank Azərbaycan hər zamanki kimi mütəmadi keçirdiyi kampaniyalarla öz müştərilərini sevindirməyə çalışır.
“DəmirBank” açıq tender elan edir
“DəmirBank” poliqrafiya xidmətləri və reklam konstruksiyaları üzrə açıq tender elan edir. Belə ki, tender poliqrafiya xidməti, məhsulun çapından sonra vaxtında ünvana çatdırılması və reklam konstruksiyalarının hazırlanması, montajı, təmiri üzrə həyata keçirilir.
Sərfəli “Energocredit”ləri təklifi
“DəmirBank” “Energocredit” layihəsi çərçivəsində müştərilərinə sərfəli “Energocredit”ləri təklif edir. Belə ki, müştərilər daha səmərəli texniki avadanlıq, materiallar və məişət avadanlıqları əldə etməklə, enerjiyə ödədikləri vəsaitə qənaət edə bilərlər. Bununla yanaşı, “Energocredit” müştərilərə məhsul dəyərinin 10 faizini nağd şəklində geri almaq imkanı verir.
Ad günü hədiyyənizi Expressbank-dan alın
Expressbank ad günü olanlar üçün güzəştli kredit aksiyası keçirir. Belə ki, müştərinin banka müraciət etdiyi tarix doğum günü ilə eyni aya təsadüf etdikdə, həmin müştəriyə istehlak kreditləri üzrə komissiya xərclərində yaşı qədər endirim təqdim edilir və Visa Gold kartı hədiyyə olunur.
"Təcili pul köçürmələri" üzrə kampaniya
NBC Bank bütün təcili pul köçürmə sistemləri müştərilərinə Bakcell, Azercell və NarMobile mobil operatorları üzrə “pulsuz danışıq dəqiqələri hədiyyə” kampaniyasına start verir.
PAŞA Bank Ödəniş terminallarına qoşuldu
Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank – bütün ölkə ərazisində MilliÖN ödəniş sisteminin terminalları vasitəsilə kreditlərin ödənilməsi, cari hesaba və kartlara (əmək haqqı layihələri çərçivəsində buraxılan kartlar istisna olmaqla) vəsaitin köçürülməsi xidmətini tətbiq etdi.
“4x4 Novruz Sevinci” tirajlı stimullaşdırıcı lotereyası
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı müştəriləri üçün “4x4 Novruz Sevinci” adlı stimullaşdırıcı lotereyaya start verdi. Mütəmadi olaraq müştərilərinə yönəlik kampaniyalar, stimullaşdırıcı lotereyalar təşkil edən təşkilat bu dəfə Novruz Bayramı ərəfəsində müştərilərin sevincinə səbəb olacaq.
Unibank ən böyük biznes filialını açdı
Unibank, biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialını açdı. “Unibank- Biznes Mərkəzi” adlanan filial, həm kiçik və orta və həmçinin iri biznes sahibləri üçün bank xidmətləri təklif edir. Xətai metrostansiyasının yaxınlığında, Xocalı prospekti 44 ünvanında yerləşən filial digər biznes filiallarından öz böyüklüyünə və daha geniş çeşidli bank xidmətləri və məhsulları ilə fərqlənir.
“Mobil danışıq kart hədiyyə” kampaniyası davam edir
“DəmirBank”ın təcili pul köçürmə xidmətləri üzrə pul köçürən və alanlara “Mobil danışıq kartı hədiyyə” kampaniyası davam edir.