“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı müştəriləri üçün “4x4 Novruz Sevinci” adlı stimullaşdırıcı lotereyaya start verdi. Mütəmadi olaraq müştərilərinə yönəlik kampaniyalar, stimullaşdırıcı lotereyalar təşkil edən təşkilat bu dəfə Novruz Bayramı ərəfəsində müştərilərin sevincinə səbəb olacaq.
Unibank ən böyük biznes filialını açdı
Unibank, biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialını açdı. “Unibank- Biznes Mərkəzi” adlanan filial, həm kiçik və orta və həmçinin iri biznes sahibləri üçün bank xidmətləri təklif edir. Xətai metrostansiyasının yaxınlığında, Xocalı prospekti 44 ünvanında yerləşən filial digər biznes filiallarından öz böyüklüyünə və daha geniş çeşidli bank xidmətləri və məhsulları ilə fərqlənir.
“Mobil danışıq kart hədiyyə” kampaniyası davam edir
“DəmirBank”ın təcili pul köçürmə xidmətləri üzrə pul köçürən və alanlara “Mobil danışıq kartı hədiyyə” kampaniyası davam edir.
MDB-də terrorizmin maliyyələşdirilməsinin qarşısını alan ilk bank
Azərbaycanın ən iri maliyyə institutlarından biri olan PAŞA Bank MDB-də terrorizmin maliyyələşdirilməsinin və pulların yuyulmasının qarşısının alınması üçün proqram kompleksini quraşdıran və uğurla istifadə edən ilk bank oldu.
Pulunuzu Expressbank-la daha sərfəli və rahat yığın!
Expressbank-ın təqdim etdiyi “Mücrü” əmanəti 1,2,3 illik müddətə yerləşdirilə bilər, əmanətin maksimal illik faiz dərəcəsi 11% təşkil edir. Hesabı açmaq üçün minimal məbləğ 100 AZN/USD/EUR, əlavə olunan məbləğ isə minimum 50 AZN/USD/EUR olmalıdır.
Azərbaycanda ilk dəfə olaraq "Müştərinin Səsi" proqramı.
Azərbaycanda ilk dəfə olaraq Parabank müştərilərin fikirlərini nəzərə alıb yeni bir proqram təklif edir. 1991-ci ildən etibarən Parabankın əsas strategiyalarından biri müştərilərinə yüksək səviyyədə xidmət təşkil etməkdir. 24 ildə müştərinin razılığını təmin etmək bankın əsas hədəflərindən biri olmuşdur. Bu xidməti stabil saxlamaq, zamanla yüksək səviyyəyə qaldırmaq üçün belə bir kampaniya başlamağı zəruri bilmişdir.
Yapı Kredi Mobil Bankçılıq artıq xidmətinizdə!
Yapı Kredi Bank Azərbaycan Mobil Bankçılıq xidmətini artıq çox rahatlıqla istifadə edə bilərsiniz. Belə ki, ilk mərhələdə Android və iOS istifadəçiləri Yapı Kredi Mobil Bankçılıq proqramının zəngin xidmət məzmunundan istədikləri yer və zamanda faydalana biləcək və həyatlarını rahatlaşdıra biləcəklər.
Bankın “Neftçilər” filialı açıldı
13 fevral 2015-ci il tarixində Bakıda bank VTB (Azərbaycan)-ın “Neftçilər” filialının açılışı keçirilib. “Neftçilər” filialı əhalinin sıx məskunlaşdığı yerlərdən birində - Qara Qarayev 53 ünvanında, “Neftçilər” metro stansiyasının çıxışında yerləşir.
ExpressPay ödəniş terminallarında “Bakı Taksi” üzrə ödəmələr əlavə olunub
ExpressPay ödəniş terminallarına “Bakı Taksi” şirkəti üzrə ödəmələr əlavə olunub. Artıq bu şirkətdə işləyən sürücülər, VÖEN nömrələrini daxil etməklə həftəlik “plan”larını terminallarda ödəyə bilərlər.