Bir şirkətin gücünü və gələcək gəlirlərini onun aktivlərinin həcmi göstərir. Banco.az olaraq bu dəfə sığorta bazarının əsas iştirakçılarının - sığorta şirkətlərinin aktivlərini araşdırdıq və aktivlərinin həcminə görə sıraladıq.
Dünyanın ən lüks gəmiləri və onlarla səyahət qiymətləri
"Neçə gün gəminin üzərində nə edəcəyəm?" deyə düşünənlərin bu fikirlərinə son qoymaq üçün Thrillist'dən bu mövzunun ən müvəffəqiyyətli nümunələrini sizlər üçün topladıq. Əgər tətil etmək üçün gecəlik adam başı 1000 dolları gözdən çıxarırsınızsa sizləri Karibdən Yaponiya sahillərinə qədər aparan dünyanın ən lüks səyahət gəmiləri ilə tanış edək.
Ölkənin ən güclü bankları
2016-cı ilin üçüncü rübünü də başa vurduq. Banco.az saytı üçüncü rübün nəticələrinə əsasən ölkənin ən güclü 5 bankını təyin etməyə çalışdı.
Məlumat üçün bildirmək istərdik ki, araşdırma sadəcə maliyyə göstəricilərini açıqlamış banklar arasında aparılmışdır.
Azərbaycan yüksək beynəlxalq reytinqə layiq görülüb
Azərbaycan beynəlxalq vergitutma sahəsində yüksək reytinqə layiq görülüb.
Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.
Ukrayna Dünya Bankından təxminən 5 milyard dollar alacaq
Müəllif:Ayşən İmanova/Banco.az
Dünya Bankı Kiyev üçün 4,8 milyard dollar məbləğində növbəti tranşın ayrılmasını təsdiqləyib.
Banco.az xəbər verir ki, bu barədə ukraynalı siyasətçi Denis Şmıqal “X” sosial şəbəkəsində yazıb.
Rabitəbankın komissiyasız nağd pul krediti üzrə kampaniyası davam edir
Yeni ilə sayılı günlər qalıb. Uzunmüddətli ödəmə şərtləri sayəsində bu kampaniya ehtiyaclarınızı qarşılamaq və təxirə saldığın planları həyata keçirmək üçün əsl fürsət olacaq.
Belə ki, kampaniya çərçivəsində 30 000 AZN-dək nağd pul kreditini 0% komissiya ilə illik cəmi 10.5%-dən 48 ay müddətinədək götürmək olar.
Azərbaycanda geyim istehsalı 4% artıb
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında geyim istehsalı artıb. Belə ki, 10 ayda ölkədə 108,2 milyon manat dəyərində geyim istehsal edilib.
Çində 82,8 milyard dollar dəyərində qızıl ehtiyatı aşkarlanıb
Müəllif:Ayşən İmanova/Banco.az
Çin geoloqları Hunan əyalətində (mərkəzi Çin) 600 milyard yuan (82,8 milyard dollar) dəyərində qızıl ehtiyatı aşkar ediblər.
Banco.az xəbər verir ki, bu barədə əyalətin geologiya idarəsindən bildirilib.
ABŞ “SWIFT”in Rusiya analoqundan istifadəyə görə sanksiyalar tətbiq edəcək
Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Xəzinədarlığı SWIFT-in Rusiya analoqu olan Rusiya Mərkəzi Bankının maliyyə mesajlarının ötürülməsi sistemlərindən (SPFS) istifadə ediləcəyi təqdirdə sanksiya riskləri barədə xəbərdarlıq edib.
“Starbucks” Çin biznesindəki payını sata bilər
Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən böyük qəhvə şəbəkəsinə sahib olan “Starbucks”, Çin biznesinin daha da inkişafı üçün müxtəlif variantları, o cümlədən bölmədəki payının satışını nəzərdən keçirir.