“Starbucks” Çin biznesindəki payını sata bilər | Banco.az

“Starbucks” Çin biznesindəki payını sata bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük qəhvə şəbəkəsinə sahib olan “Starbucks”, Çin biznesinin daha da inkişafı üçün müxtəlif variantları, o cümlədən bölmədəki payının satışını nəzərdən keçirir.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən yazır.

Belə ki, şirkət nümayəndələri Çin bazarında iştiraklarını gücləndirmək variantlarını qiymətləndirmək üçün məsləhətçilərə müraciət ediblər. Nəzərdə tutulan həll yollarından biri yerli şirkətlər arasında tərəfdaş tapmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

“Starbucks” rəhbərləri investorların, o cümlədən Çin investisiya fondlarının potensial marağına dair qeyri-rəsmi məlumat toplayır.

Bildirilib ki, hazırda şirkət müxtəlif inkişaf yollarını nəzərdən keçirir və hələ yekun qərar qəbul etməyib.

Çin, “Starbucks”ın ABŞ-dən sonra ikinci ən böyük qlobal bazarıdır və ötən maliyyə ilində şirkətə təxminən 3 milyard dollar gəlir gətirib. Sentyabrın sonunda ölkədə qəhvə şəbəkələrinin sayı 7,6 minə yaxın olub.

Qeyd edək ki, “Starbucks” səhmləri cümə axşamı bazar öncəsi ticarətdə 0,6% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 2,3% artaraq 111,4 milyard dollar təşkil edib.