“Google” Kanadada məhkəməyə verilib | Banco.az

“Google” Kanadada məhkəməyə verilib

Müəllif:Ayşən İmanova/Banco.az

Kanadanın Rəqabət Bürosu, texnologiya nəhəngi “Google”a sahib olan ABŞ-nin “Alphabet” korporasiyasını internet reklamında sui-istifadə iddialarına görə məhkəməyə verib.

Banco.az xəbər verir ki, bu barədə tənzimləyicinin açıqlamasında deyilir.

"Rəqabət Bürosu Kanadada internet reklam texnologiyaları xidmətləri sahəsində sərbəst rəqabətə mane olan davranışa görə “Google”a qarşı iddia qaldırır. Hərtərəfli araşdırmadan sonra büro, şirkətin davranışını kanadalıların xeyrinə düzəltmək üçün Rəqabət Məhkəməsinə müraciət edib", - sənəddə bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada qeyd edilir ki, araşdırmadan sonra tənzimləyici müəyyən edib ki, internetin Kanada seqmentində ən böyük reklam xidmətləri təminatçısı olan “Google” “dominant mövqeyindən sui-istifadə edir”. Bu, digər bazar iştirakçılarının rəqabətini məhdudlaşdırır və onların rəqabət aparmasına mane olur.

Tənzimləyici “Google”dan iki reklam alətini - DFP serverini və AdX reklam mübadiləsini satmağı tələb edir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi “Alphabet”dən “Chrome” brauzerindən imtina etməsini tələb etmək üçün məhkəməyə müraciət etmişdi.