“DəmirBank” “Böyük gələcəyə kiçik körpülər” adlı layihəyə start verib. Layihənin məqsədi, övladı yeni dünyaya gəlmiş valideynlərə övladlarının gələcəklərini təmin etməkdə yardımçı olmaqdır. Belə ki, layihə çərçivəsində “DəmirBank”ın əməkdaşlıq etdiyi klinikalarda övladı yeni dünyaya gəlmiş valideynlərə sertifikat təqdim olunacaq.
Worldcard müştəriləri üçün “Şəxsi Kabinet” istifadəyə verildi!
“Şəxsi Kabinet”-ə daxil olaraq hesab və Worldcard məlumatlarınızı əldə etmək artıq çox asandır. Bunun üçün www.worldcard.com.az saytını açmaq və ekranın sağ üst küncündə yerləşən “Şəxsi Kabinet” düyməsini klikləmək kifayətdir. “Şəxsi Kabinet”-ə daxil olaraq Worldcard əməliyyatlarını həyata keçirmək üçün heç bir qeydiyyata ehtiyac yoxdur.
Azeronline üzrə ödəmələr ExpressPay ödəniş terminallarında
ExpressPay ödəniş terminallarına Azeronline İnternet provayderi üzrə ödəmələr əlavə olunub. Artıq müştərilər İnternet üzrə ödəmələrini terminallarda ödəyə bilərlər.
“Gənclər günü”nə hədiyyə
Gənclərin arzuları reallaşacaq. Unibank gənclər günü ilə bağlı 1 həftə davam edən kampaniyaya başlayıb. Bankın filialları 1 həftə ərzində öz məhsullarını gənclərin arzularına uyğunlaşdıracaq. Unibank öz məhsul və xidmətlərinin təklifində, keçirdiyi kampaniyalarda hər zaman gənclərə xüsusi diqqət ayırır. 1997-ci ildən bu yana hər il qeyd olunan Gənclər günü münasibəti ilə 2 fevraldan başlayan kampaniya fevralın 7-dək davam edəcək.
Bank virtual POS bazasının həllində Asseco SEE-yə üstünlük verib
Asseco SEE, Türkiyə bazarında malik olduğu təcrübəsini Azərbaycan bazarına daşıyıb. Mütəxəssis heyəti ilə Yapı Kredi Bank Azərbaycanın virtual POS bazasını quran Asseco SEE, elektronik ticarət bazasını təsis edib. Yapı Kredi Bank Azərbaycan, əməkdaşlığı sonrasında hər hansı bir investisiya etmədən e-ödəmə bazasına keçərək bütün ödəmə alternativləri ilə müxtəlif əməliyyatları online olaraq müştərilərinə təqdim edəbilmə imtiyazını əldə edib.
Expressbank Gənclər üçün kredit aksiyası keçirir
Expressbank 2 fevral – Gənclər Günü münasibətilə yeni kredit aksiyası təqdim edir. Aksiya 14 fevral 2015-ci il tarixinədək davam edir.
İpoteka kreditini ödəmək rahat oldu!
Azərbaycanda ipoteka kreditlərinin verilməsi üzrə lider banklardan olan Kapital Bank, sözügedən kredit növü üzrə ödənişlərin Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) vasitəsilə qəbulu sisteminə qoşulub.
“AtaBank” “MasterCard Contactless” funksionallığının tətbiqini aktivləşdirir
“AtaBank” ASC yeni "MasterCard" tipli kartlarını "MasterCard Contactless" funksionallığı ilə təmin edib. Bankın tərəfdaşlar şəbəkəsində quraşdırılmış POS-terminallar kontaktsız kartların qəbulu üzrə proqramlaşdırılıb və bu cür kartları qəbul etməyə hazırdırlar.
“Bank işi” laboratoriyası istifadəyə verildi!
Azərbaycan Dövlət İqtisad Universitetində “Bank of Baku”-nun tədris laboratoriyasının rəsmi açılış mərasimi keçirilib. “Bank işi” laboratoriyası “Bank of Baku”-nun dəstəyi ilə istifadəyə verilib. Bank və universitet rəhbərliyinin qatıldığı tədbirdə tələbə və müəllimlər də iştirak edib.