Yapı Kredi Bank Azərbaycan Worldcard müştəriləri üçün sevgililər gününə özəl fürsət təqdim edir.
10 faizədək güzəştli kredit
“DəmirBank” “Güzəştli kredit” aksiyası çərçivəsində nağd pul krediti götürmək istəyən müştərilərinə 10 faizədək güzəştli kredit təklif edir. Belə ki, aksiyanın şərtlərinə görə müştərilər 5000 AZN-dək nağd pul kreditini illik faiz dərəcəsində 10 faizədək endirimlə əldə edə bilərlər. Bununla yanaşı, askiyada DəmirTaksit kartı müştərilərə pulsuz təqdim edilir.
”Marketing Kingdom” beynəlxalq konfransı keçiriləcək
Bu ilin 16-17 aprel tarixlərində Bakıda sayca üçüncü ”Marketing Kingdom” beynəlxalq konfransı keçiriləcək. Tədbirin sponsoru ölkənin aparıcı banklarından biri olan PAŞA bankdır.
Öz işin varsa, kredit də var
Expressbank müştərilərə sərfəli şərtlərlə mikro kreditlər təklif edir. “Öz işin varsa, kredit də var” şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir. Kreditin məbləği 500-dən 15000 AZN-dək, maksimal müddəti isə 36 aydır.
“AtaMatik” ilə bank xidməti göstərildi
2015-ci il fevralın 6-8 tarixləri arasında Bakıda Milli Gimnastika Arenasında keçirilən beynalxalq masaüstü tennis yarışmasında “AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə bank xidməti göstərdi. 3 gün boyunca davam edən çempionatda “AtaBank” iştirakçılara, azarkeş və nümayəndələrə “AtaMatik” vasitəsilə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaratmışdır.
Unibankdan əsl sevgi hədiyyəsi
Ən qiymətli və unudulmaz hədiyyə sevgi ilə verilən hədiyyədir. Bəs Siz dəyərinə böyük sevgi qatdığınız hədiyyəni etmisinizmi? Etməmisinizsə, Unibank-ın “Sevgililər günü” kampaniyası sizin arzularınızı reallaşdırmaq üçündür. Albalı Plus (Albalı) kartı ilə fərqli və gözəl hədiyyə ala bilərsiniz, həm də çox-çox sərfəli şərtlərlə.
“DəmirBank” kart istifadəçilərini Türkiyəyə göndərib
“DəmirBank” “Xallar” aksiyası çərçivəsində ən çox xal toplayan “DəmirTaksit” kart istifadəçilərini Türkiyəyə səyahət paketi ilə mükafatlandırıb. Bununla yanaşı, Bank “Xallar” askiyasında fəal iştirak edən digər müştərilərinə notebook (Toshiba), planşet (Samsung Tab 3) və mobil telefon (Samsung Galaxy S4) kimi hədiyyələr təqdim edib.
Sizin təhlükəsiz alış-veriş kartınız var?
Bəyəndiyiniz məhsulu internet səhifəsindən sifariş etmək istəyirsiniz, amma fırıldaqçılıq halı ilə üzləşməkdən, sifarişinizin yanlış və ya zədəli gətirilməsindən qorxursunuz. Bu zaman heç bir tərəddüd etmədən, arxayınlıqla internetdən təhlükəsiz alış-veriş edə biləcəyiniz bir kartınızın olmasını arzulayırsınız. Elə isə Unibank-ın Visa kartı əsl sizin arzu etdiyiniz kartdır. Unibank-ın Visa kartı sizə internet üzərindən təhlükəsiz alış-veriş vəd edir.
“Qış Möcüzəsi” aksiyasının ilk qalibləri müəyyən olunub
Xəbər verdiyimiz kimi Expressbank bank kartlar üzrə Visa ilə birgə keçirdiyi “Qış Möcüzəsi” adlı aksiya keçirir. Aksiyanın yanvar ayı üzrə qalibləri müəyyən olunub. Expressbank-ın 2 müştərisi planşet və smartfon, 214 nəfər isə flash card qazanıb.