Ukrayna Cənubi Koreyadan 100 milyon dollar yardım alıb | Banco.az

Ukrayna Cənubi Koreyadan 100 milyon dollar yardım alıb

Müəllif:Ayşən İmanova/Banco.az

Ukrayna sosial sektoru dəstəkləmək üçün Cənubi Koreyadan 100 milyon dollar alıb.

Banco.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal öz “Telegram” kanalında məlumat verib.

“Ukrayna Koreya Respublikasından 100 milyon dollar alıb. Bu, koreyalı tərəfdaşlarımızın sosial sferanın dəstəklənməsinə yönəldiləcək ilk büdcə yardımıdır”, - Şmıqal bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, 2024-cü ildə iki ölkə hökumətləri arasında 2,1 milyard dollara qədər vəsait cəlb etməyə imkan verən saziş imzalanıb.

O, həmçinin Cənubi Koreyaya Rusiya ilə münaqişə kontekstində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.