Unibank-ın yeni filialı fəaliyyətə başladı. Sumqayıt əhalisi artıq Unibank-ın xidmətlərindən arzuladıqları kimi istifadə edə biləcəklər.
Banka gəlmədən ənənəvi bank əməliyyatlarını yerinə yetirin
Azərbaycan bankçılıq sistemində öncüllərdən olan YapıKredi Bank Azərbaycan yenə də missiyası gərəyi internet bankçılıqda da “Asan İmza” mobil elekton imza texnologiyası ilə onlayn xidmətlərdən istifadə üçün autentifikasiya və imzalama imkanını təmin edən ilk banklardan biridir.
Bu həftə 10.000 AZN-dək krediti komissiyasız əldə edin!
Ən gözəl hədiyyə ad günündə, sərfəli kredit isə peşə bayramı münasibətilə keçirilən kampaniyada verilir. Unibank Dövlət Gömrük Komitəsi əməkdaşlarının 30 yanvar- peşə bayramı münasibəti ilə 0% komissiyasız kampaniya keçirir. Gömrük əməkdaşları 30 yanvar- 7 fevral tarixlərində Unibank filiallarına müraciət edərək, 10.000 AZN-dək komissiyasız kredit götürə biləcəklər.
Zolotaya Korona üzrə aksiyasının ilk qalibləri açıqlandı
Xəbər verdiyimiz kimi Expressbank Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə "Hədiyyəli pul köçürmələri" adlı aksiya keçirir. Aksiyanın yanvar ayı üzrə qalibləri müəyyən olunub. Expressbank-ın Əcəmi və Sumqayıt filiallarının müştəriləri müvafiq olaraq, planşet və smartfon qazanıblar.
Bu bank əmanətçilərin vergisini özü ödəyəcək
Əmanətlərin gəlir hissəsinə tətbiq edilən vergi güzəştinin qaldırılmasından sonra, Yapı Kredi Bank Azərbaycan yeni bir kampaniyaya start verir. Kampaniya şərtlərinə əsasən, 22 yanvar-28 fevral tarixləri arasında illik 7500 manata qədər əmanət yerləşdirən hər bir vətəndaş Yapı Kredi Bank Azərbaycanın təklif etdiyi fürsətdən yararlana biləcəklər.
PAŞA Bank Londonda beynəlxalq biznes-forumu keçirdi
Yanvarın 27-də Londonda “Azərbaycanın maliyyə bazarı: 2015-ci il üçün proqnoz” beynəlxalq biznes-forumu başa çatdı. Tədbirin təşkilatçısı Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank idi.
"Xallar" aksiyasının növbəti 10 qalibi açıqlandı
“DəmirBank” “Xallar” aksiyası çərçivəsində qalib olan müştərilərini mərhələli şəkildə mükafatlandırmaqda davam edir. Belə ki, Bank “Xallar” aksiyasında ən xal toplayan daha 10 müştərisinə Türkiyəyə səyahət paketi, notebook (Toshiba), planşet (Samsung Tab 3) və mobil telefon (Samsung Galaxy S4) kimi hədiyyələr təqdim edib.
Yapı Kredi Bank Azərbaycanın İnternet Bankçılıq xidməti yeniləndi!
Daima “Xidmətdə Sərhəd Yoxdur” strategiyasına sadiq qalan Yapı Kredi Bank Azərbaycan yenidən İnternet Bankçılıq xidmətinin funksiyalarını genişləndirdi. Filiala getmədən, növbələr gözləmədən internet vasitəsi ilə sürətli və etibarlı bank əməliyyatları üçün Yapı Kredi Bank Azərbaycanın sizə təqdim etdiyi yeni funksiyaların əlavə olunduğu yenilənmiş Yapı Kredi İnternet Bankçılıq xidmətindən artıq istifadə etmək mümkündür.
Bank depozit faizlərini artırdı
Bundan sonra Unibanka depozit yatıran müştərilər daha yüksək faizlər əldə edəcəklər. Çünki bank “Müddətli” əmanət növü üzrə ABŞ dolları ilə qoyulan əmanətlər üçün faiz dərəcəsini artırıb. Dəyişikliyə əsasən, vətəndaşlar bu əmanət növü üzrə 1-3 il müddətinə dollarla olan depozitlərini illik 10-14%-lə yerləşdirə biləcəklər. Əvvəlki şərtlərlə müqayisədə “Müddətli” əmanət növü üzrə faizlər 1,5%-dək yüksəlib.
Bankın Şəki filialı yeni dizaynda xidmətinizdədir
“DəmirBank” Şəki filialının yeni modern dizaynda təmir olunmuş ofis binasının açılış mərasimini keçirib. Açılış mərasimində Şəki şəhər İcra Hakimiyyəti başçısı, Bank rəhbərliyi, filial müdirləri və digər məsul şəxslər iştirak ediblər.