“Fitch Ratings” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Expressbank-ın “B” reytinqini “stabil” proqnozu ilə təsdiqləyib. Builki qiymətləndirmə zamanı Azərbaycanın bir sıra iri banklarının reytinqləri endirilsə belə, Expressbank stabil olaraq qalıb və bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən biri hesab olunur.
PAŞA Bank 3-cü Beynəlxalq Xəzər Enerji Forumunun sponsorudur
Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank – 11 mart tarixində Bakıda keçirilmiş 3-cü Beynəlxalq Xəzər Energetika Forumunun «qızıl» sponsoru qismində çıxış etdi. Tədbirdə 300 nəfərdən artıq iş adamları, dövlət strukturlarının, yerli bankların, sığorta şirkətlərinin və xarici təşkilatların nümayəndələri iştirak etmişdir.
Azər-Türk Bankın yeni ünvanda
Azər-Türk Bankın Bakı filialı fəaliyyətini bundan sonra yeni ünvanda davam etdirəcək. Filialın ofisi indi Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 64/75 ünvanında yerləşir. Belə bir yenilikdə məqsəd Bank müştərilərinə daha keyfiyyətli və operativ xidmətin təmin edilməsidir.
Bank plastik kartlarla xarici valyutada edilən əməliyyatlara aydınlıq gətirdi
Bildiyiniz kimi, ABŞ Dollarının və Avronun manata qarşı bahalaşması zamanı əvvəlki tarixlərdə kartlarla xarici valyuta ilə aparılmış əməliyyatlar əvvəlki əməliyyat tarixinə olan məzənnə ilə hesablanmışdır, lakin Bankla tərəfdaşları arasında hesablaşma tarixləri artıq bahalaşma baş vermiş tarixlərə təsadüf etdiyindən, əlavə məbləğlərin silinməsi baş vermişdir.
Əmanət faizləri daha sərfəli oldu
“DəmirBank” “Əmanət çeşidi” programı üzrə əhaliyə təklif edilən “Göy” və “Qırmızı” əmanət növlərinin ABŞ valyutası üzrə illik faiz dərəcələrini artırıb. Belə ki, hazırda “Göy” əmanət növünün həm Azərbaycan, həm də ABŞ valyutası üzrə illik faiz dərəcələri ilə 13.5 % , “Qırmızı əmanət növünün hər iki valyuta üzrə illik faiz dərəcələri isə 11 % təşkil edir.
Bank BTB korporativ saytını yenilədi
Bank BTB müştərilərinə yüksək keyfiyyətli xidmətin göstərilməsi məqsədi ilə korporativ saytın (http://www.btb.az) dizaynını tam olaraq yeniləmişdir. Yenilənmiş sayt, brendin standartlarına bütövlüklə cavab verməklə yanaşı, müştərilərə bank məhsul və xidmətləri barədə tez və müfəssəl məlumat əldə etmək imkanını yaradan aydın interfeysə malikdir.
Zolotaya Korona üzrə aksiyası davam edir
Expressbank Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə “Hədiyyəli pul köçürmələri“ adlı aksiyası davam edir. Aksiya çərçivəsində bir neçə müştəri qiymətli hədiyyələr qazanıb.
“AtaBank” qadın jurnalistlər arasında boulinq üzrə yarış keçirdi
2015-ci il martın 5-də “AtaBank” ASC qadın jurnalistlər arasında 8 Mart Qadınlar gününə həsr olunmuş boulinq yarışı keçirmişdir. Bu dəfə həmkarlar hazırcavablıq yox, sərrast şar tullamaq üzrə yarışmışlar.