Bu gün, 17 mart tarixində Bakıda ölkənin ən iri banklarından biri – PAŞA Bankın sponsorluq etdiyi “Azərbaycan İnvestisiya forumu” öz işinə başlayıb. Tədbir The Economist beynəlxalq jurnalının təşkilatçılığı ilə keçirilir.
Bank VTB qiymətli metallarla əməliyyat aparılması üçün lisenziya aldı
Mərkəzi Bank və Azərbaycan Respublikası Maliyyə Nazirliyi qiymətli metallarla əməliyyat aparılması üçün bank VTB (Azərbaycan)-a lisenziya verib. Verilən lisenziya əsasında bank qiymətli metalların cəlb edilməsi və yerləşdirilməsi, eləcə də alqı və satqısı üzrə əməliyyatları həyata keçirə biləcək. Belə ki, bank VTB (Azərbaycan)-ın müştəriləri metal hesabların, qiymətli metallarda əmanətlərin açılması xidmətindən istifadə etmək imkanı əldə edəcək.
UNİBANKdan məşhur intellektual yarışa dəstək
Öz fəaliyyətində təhsil layihələrinə, intellektual verilişlərə hər zaman xüsusi diqqət ayıran Unibank, daha bir intellekt yarışına dəstək verir.
Pulu “Mücrü”də saxlayın
Expressbank-ın təqdim etdiyi “Mücrü” əmanəti 1,2,3 illik müddətə yerləşdirilə bilər. Hesabı açmaq üçün minimal məbləğ 50 AZN/USD/EUR, əlavə olunan məbləğ isə minimum 10 AZN/USD/EUR olmalıdır.
NBC Bank yeni depozit kampaniyaları təqdim edir
Avans Depoziti
Artıq müştərilərimiz gəlirlərini bir ildən sonra yox, bir gün ərzində əldə edə biləcəklər. “Avans Depoziti” Sizə bu imkanı yaradır. Belə ki, müştərilərimiz depozitlərini NBC Banka etibar etməklə, bir ildən sonra hesablanacq gəlirlərini illik 12% olmaqla depozit qoyulduğu gün dərhal əldə edəcəklər.
Novruz arzuları Unibankla reallaşır
Yaz ümidləri artırır, Novruz bayramı isə arzuları reallaşdırır. Unibank əziz bayram öncəsi qayğıya, diqqətə ən çox ehtiyacı olan uşaqları sevindirib. 268 saylı xüsusi məktəbdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar bayram sevincini yaşayıblar. Hər zaman balaca dostlarının yanında olan Unibank, bu dəfə uşaqları Dövlət Kukla teatrına aparıb. Teatrın aktyorlarının ifasında “Cik-Cik xanım” tamaşası uşaqların çox xoşuna gəlib.
“DəmirBank”ın reytinqi stabil qiymətləndirilib
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “DəmirBank”ın reytinqini “B” səviyyəsində, reytinq üzrə proqnozu isə “stabil” olaraq təsdiq edib.
“Fitch Ratings” agentliyinin rəyinə əsasən, “DəmirBank”ın balansı hazırda dayanıqlıdır. Bu isə Bankın yaradılmış ehtiyatlarla daha yaxşı təmin olunması ilə bağlıdır.
Yapı Kredi Bankda depozitdən gəlir, indi daha çox gəlir.
Əmanət yerləşdirərkən iki əsas məqamı nəzərdə saxlamaq lazımdır. Bunlardan birisi, yerləşdirilən əmanətdən yüksək gəlir əldə etmək, digəri isə əmanətin qazancı ilə birlikdə sığortalı olmasıdır. Hər iki şərtə cavab verən Yapı Kredi Bank Azərbaycan müştərilərinə yeni möhtəşəm xəbəri açıqlamaqdan məmnunluq hissi duyur.