“DəmirBank”ın “Göy” əmanət növü üzrə əmanət faizlərinin 17%-dək artımından son 17 gündə faydalanmağa çalışın. Belə ki, Bank aprelin 15-dək “Göy” əmanət növünün illik faiz dərəcələrini 17%-dək artırıb ki, bu da əmanətçilərə gəlirlərini artırmağa imkan verəcək.
Bankın Baş Ofisi yeni ünvanda fəaliyyətə başladı
Novruz tətilindən sonra Azər-Türk Bankın Baş Ofisi fəaliyyətinə yeni ünvanda başlayıb. Bank artıq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti – 55 ünvanında deyil, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85; 192/193 ünvanında fəaliyyət göstərir. Yeni ofisdə yaradılmış iş şəraiti, müasir bankçılıq texnologiyalarını özündə birləşdirən yüksək xidmət imkanları müştərilərin məmnuniyyəti üçündür.
"Nikoil Bank” bayram münasibətilə xeyriyyə tədbirləri keçirib
“Nikoil Bank”ın əməkdaşları Novruz bayramı ilə əlaqədər ardıcıl olaraq xeyriyyə tədbirləri keçirmişdirlər.
Expressbank elektron arayışlar əsasında kreditlər təklif edir
Expressbank Elektron Hökümət portalına qoşularaq, müştərilərə kreditləri elektron arayışla təklif edir. Bu xidmət vasitəsilə vətəndaşlar vaxt itkisinə yol vermədən, banka getmədən onlayn rejimdə portala daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər.
“AtaBank” uşaq evinin şagirdlərini sevindirdi
“AtaBank” ASC özünün Korporativ Sosial Məsuliyyəti çərçivəsində növbəti xeyriyyəçilik aksiyasını yerinə yetirmişdir. “AtaBank” ASC-nin köməyi sayəsində Şağan qəsəbəsindəki 3 saylı uşaq internat-evində Novruz bayramı keçirilmişdir.
Nikoyl Bank öz müştərilərinin dollarla götürülmüş kreditlərinin müddətini faizsiz uzatdı
Nikoyl Bank Novruz bayramı münasibətilə hamını təbrik edir və bununla əlaqədar olaraq 23 – 27 Mart tarixləri arasında borcalanları üçün “Açıq qapı günləri” elan edir! Bu günlər ərzində bankın bütün filiallarında kredit ödənişləri qəbul olunacaq, eyni zamanda, müştərilər “Dollarla kredit götürən borcalanlar üçün maliyyə dəstəyi” aksiyasından istifadə edə biləcəklər.
“DəmirBank”ın bayram aksiyası davam edir
“DəmirBank”ın Novruz bayramı münasibətilə “28 Mall” ticarət mərkəzində düzənlədiyi bayram aksiyası davam edir. Aksiyada Novruz bayramının ənənələrini özündə əks etdirən yarışma və müsabiqələr keçirilir. Bank yarışma və müsabiqə iştirakçıları ilə yanaşı, bayram askiyasına qatılan hər bir kəsə kreditlərdə 3% endirim, depozitlərdə 1% əlavə faiz əldə etmək hüququ verən xüsusi imtiyaz kuponları da təqdim edir.
Bank müştərilərin məzənnə itkilərini öz üzərinə götürüb
Novruz bayramı öncəsi Unibank dəyərli müştərilərinə daha bir sürpriz etdi. Unibank-ın plastik kart sahiblərinə bankın xoş xəbəri var - valyuta məzənnəsinin dəyişməsi nəticəsində kart hesablarından əlavə silinmiş məbləğlər müştərilərə geri qaytarılıb. Unibank-ın “Kart Prossesinq” departamentinin rəhbəri İlqar İbrahimov bildirib ki, Unibank hər zaman müştəri məmnuniyyətini əsas tutaraq, onların gözləntilərini qarşılamağa çalışır.
Expressbank bayram günlərində müştərilərə xidmət göstərəcək
Expressbank istirahət günləri elan edilən 23, 24 və 25 mart tarixlərində müştərilərə xidmət göstərəcək. Qeyd edilən tarixlərdə Expressbank-ın MXD, Yasamal, Mərkəz, Neftçilər, Sumqayıt, Mingəçevir, Gəncə, Şirvan, Xaçmaz və Qusar filialları saat 10:00-dan 14:00-dək işləyəcək.