Türkiyə iqtisadiyyatı 2,1 faiz artıb | Banco.az

Türkiyə iqtisadiyyatı 2,1 faiz artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin üçüncü rübündə Türkiyənin ümumi daxili məhsulu (ÜDM) 2,1% artıb.

Banco.az Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin üçüncü rübündə ÜDM-i təşkil edən sektorlar arasında tikinti sektoru 9,2%, maliyyə və sığorta fəaliyyəti 6,2%, kənd təsərrüfatı 4,6%, daşınmaz əmlak fəaliyyəti 2,5%, informasiya və rabitə 2,2%, dövlət idarəetməsi, təhsil, səhiyyə və sosial xidmətlər 1,9%, xidmətlər sektoru 1,4% artıb.

Digər tərəfdən, sənaye sektoru 2,2% artarkən, peşə, inzibati və köməkçi xidmət fəaliyyətləri 0,3% azalıb.

Cari qiymətlərlə ÜDM 2024-cü ilin üçüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 53,3% artaraq 11 trilyon 893 milyard 252 milyon lirəyə çatıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram