Telegram-ın yaradıcısı Pavel Durov 81 investordan 850 milyon dolların cəlb olunduğunu bildirib.
O bunu öz qardaşı Nikolay Durov ilə ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyasına verdiyi hesatbatda bildirib. 13 Fevral 2018-ci il tarixində təqdim olunmuş sənəddə Pavel Durov ilə Nikolay Durov-un rəhbərləri olduqları “Telegram Group” və “TON Issuer” şirkətləri qeyd olunub. Buna baxmayaraq hər iki şirkətin direktoru qismində Pavel Durov çıxış edir. Qardaşlar bildiriblər ki, sözügedən vəsait kriptovalyuta alışı razılaşması üzrə dəyərli kağızların yerləşdirilməsi çərçivəsində əldə olunub.
İnvestorlardan olan ilk vəsait köçürülməsi isə 29 Yanvar tarixində baş tutmuşdu. Cəlb olunmuş vəsaitlərin TONadlı blockchain platformasının və Telegram-ın inkişafına yönələcəyi planlaşdırılır. TON üçün investisiya cəlb olunması prosesi ilə yaxından tanış olan mənbələrdən birinin verdiyi məlumata əsasən Telegram faktiki olaraq ICO keçirtməyib. Bunun yerinə Telegram dəyərli kağızların qapalı yerləşdirilməsini keçirdib. Yəni investorlar hələki dəyərli kağızlar alaraq gələcək layihədə iştirak etmək imkanına sahib olublar. Həmin dəyərli kağızlar isə gələcəkdə ICO-da iştirak etmək hüququnu verirlər.
Technote.az