Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-oktyabr aylarında elektromobil idxalı artıb. Bu dövrdə ölkəyə 2 592 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, bu ilin 10 ayında ölkənin elektromobil idxalının dəyəri 104 milyon 237 min dollar olub. Ötən aylarda elektromobil idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 167 ədəd, dəyər ifadəsində isə 5 milyon 938 min dollar və ya 6% artıb.
Xatırladaq ki, 2023-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 2 425 ədəd, dəyəri isə 98,3 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!