ABŞ Hərbi Hava Qüvvələri “Boeing” ilə 2,4 milyard dollarlıq müqavilə imzalayıb | Banco.az

ABŞ Hərbi Hava Qüvvələri “Boeing” ilə 2,4 milyard dollarlıq müqavilə imzalayıb

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Hərbi Hava Qüvvələri “Boeing” şirkəti ilə daha 15 “KC-46 Pegasus”tanker təyyarəsinin istehsalı üçün 2,4 milyard dollarlıq müqavilə imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə “Defense news” məlumat yayıb.

Məlumata görə, bu təyyarələr 2028-ci ilin iyun ayının sonuna qədər hazır olmalıdır. Bundan əvvəl Hərbi Hava Qüvvələri 89 “KC-46 Pegasus” alıb, ümumilikdə isə bu modeldən 179 təyyarə almağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Hərbi Hava Qüvvələri 2030-cu illərdə gizli texnologiyadan istifadə edilməklə tikiləcək, mübahisəli  və təhlükəli hava məkanında fəaliyyət göstərə biləcək yeni nəsil tanker təyyarəsi istehsal etməyi planlaşdırır. Lakin, bu layihəyə əlavə olaraq, Hərbi Hava Qüvvələri maliyyə çətinliyi şəraitində bu qırıcılar və perspektivli “B-21 Raider” strateji bombardmançıları ilə bir qrupda fəaliyyət göstərə bilən altıncı nəsil qırıcı və pilotsuz təyyarə almaq istəyir.

Qeyd edək ki, “Boeing” bundan əlavə, Hərbi Dəniz Qüvvələrindən yeddi “P-8A Poseidon” sualtı patrul təyyarəsi üçün daha 1,7 milyard dollarlıq müqavilə alıb.