Azərbaycanda sığorta yığımlarının həcmi 1,1 milyard manatı ötdü | Banco.az

Azərbaycanda sığorta yığımlarının həcmi 1,1 milyard manatı ötdü

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2024-cü ilin yanvar-oktyabr aylarında 1 milyard 112 milyon 27 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 92 milyon 282 min manat və ya 9,1% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 622 milyon 301 min manata bərabər olub. Bu da illik müqayisədə 167 milyon 289 min manat və ya 36,8% artım deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram