Britaniya hakimiyyəti “Barclays”ı 51 milyon dollar cərimələyib | Banco.az

Britaniya hakimiyyəti “Barclays”ı 51 milyon dollar cərimələyib

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyanın Maliyyə Davranış Təşkilatı (FCA) Britaniya bankı “Barclays”ı Qətər investorları ilə 2008-ci ildə apardığı bəzi əməliyyatları açıqlamadığına görə 40 milyon funt sterlinq (50,9 milyon dollar) cərimələyib. 

Banco.az xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb.

Məlumata görə, 2008-ci il maliyyə böhranı zamanı "Barclays" adı açıqlanmayan Qətər investorları və qurumlarından iki dəfə, iyun və oktyabr aylarında maliyyə vəsaiti toplayıb. Bank səhmdarlarını iyun əməliyyatı ilə bağlı məlumatlandırsa da, oktyabrı gizlədib. Bundan əlavə, bank sonradan təcili vəsait toplamaq üçün investorlara ödədiyi böyük komissiyaları açıqlamayıb. Bu ödənişlərdən biri 322 milyon funt-sterlinq təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2013-cü ildə FCA araşdırmaya başlayıb və 2022-ci ilin oktyabrında bankı səhmdarlarından əhəmiyyətli məlumatları gizlətməkdə təqsirli bilib və onu 50 milyon funt-sterlinq cərimələyib. Nəticədə tənzimləyici "Barclays"ın şikayət verməkdən imtina etməsi müqabilində cəriməni 40 milyon funt-sterlinqə endirib.