Müəllif:Ayşən İmanova/Banco.az
Macarıstanda minimum əmək haqqı növbəti üç il ərzində təxminən üçdə bir artaraq 374,600 forintə (910 avro) çatacaq.
Banco.az xəbər verir ki, bununla bağlı Budapeştdə hökumət nümayəndələri, Sahibkarlar və İşəgötürənlər Assosiasiyası, eləcə də ölkənin Həmkarlar İttifaqları Assosiasiyası tərəfindən saziş bağlanıb.
"Yaxın üç ildə inflyasiya nəzərə alınmaqla minimum əməkhaqqının real artımı 29% təşkil edəcək. Bu müqavilə görünməmiş bir müqavilədir", - deyə Macarıstanın Baş naziri Viktor Orban televiziya ilə yayımlanan imzalanma mərasimində çıxış edərkən deyib.
Hökumət başçısı həmçinin qeyd edib ki, Ukraynadakı hərbi münaqişə Avropa iqtisadiyyatına ciddi təsir edib, onun inkişafını ləngidib və inflyasiyanın artmasına səbəb olub.