Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı səbəbindən Meksika və Kanadadan gələn bütün mallara 25% rüsum tətbiq edəcək.
Banco.az xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində bildirib.
O vurğulayıb ki, minlərlə insan Meksika və Kanadadan ABŞ-yə daxil olur və özləri ilə misli görünməmiş miqyasda cinayət və narkotik ticarəti gətirir. Buna görə də Trampın andiçmə mərasimindən dərhal sonra ilk icra sərəncamlarından biri ABŞ-yə Meksika və Kanadadan göndərilən bütün mallara 25% rüsum tətbiq etmək olacaq.
Tramp qeyd edib ki, Meksika və Kanadanın hakimiyyət orqanlarının bu uzun müddətdir davam edən problemi həll etmək üçün hər cür imkanları var.