Rusiya Bankı noyabrın 26-dan ABŞ dollarının rəsmi məzənnəsini 1,2147 rubl artıraraq 103,7908 rubla çatdırıb.
Banco.az xəbər verir ki, bu, 24 mart 2022-ci ildən bəri maksimum dəyərdir.
Qeyd edək ki, noyabrın 19-da dolların rəsmi məzənnəsi 100 rüblü ötüb.