Sizi təxirə salma vərdişindən xilas edəcək 5 TED çıxışı | Banco.az

Sizi təxirə salma vərdişindən xilas edəcək 5 TED çıxışı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bəzən həyatımızı dəyişdirmək, yenidən başlamaq istədiyimiz vaxtlar olur. Bu zaman ehtiyacımız olan tək şey isə bizə ilham verəcək fikir və ya hadisədir.

Odur ki, sizə yaradıcılıq dəstəyi verəcək, həyatınızı qaydasına salmağınızda təsirli olacaq və çox daha yaxşı işlərə nail olacağınıza sizi inandıracaq bir neçə TED çıxışı ilə tanış olmağınızı tövsiyə edirik.

1. “Əşyalara və onların hekayəsinə marağım” (“My obsession with objects and the stories they tell” - Adam Savage)

Hansı sahibkardan soruşsanız, sizə ilhamın onu heç gözləmədiyi zaman və məkanda gəlib tapdığını söyləyəcək. Bu TED çıxışında da Adam Savage dovşan dəliyindən keçməklə əldə edilən ovsunlayıcı hissin səbəb olduğu məhsuldarlığın böyüklüyünə diqqət çəkir.

2. “Seçim paradoksu” (“The paradox of choice” – Barry Schwartz)

Adətən biz nə qədər çox, bir o qədər yaxşı prinsipinə inanırıq, bəs bu həqiqətən doğru yanaşmadırmı? Çünki bəzən həddindən artıq seçim qarşısında qaldığımız zaman, əslində, heç seçim şansımız olmadığını düşünürük. Bu TED çıxışında psixoloq Barry Schwartz tərəfindən çoxun nə qədərinin artıq, kifayət edənin isə nə zaman kifayət etdiyinə dair açıqlamalar izləyə bilərsiniz.

3. “İş yerində nə üçün işləyə bilmirik? (“Why work doesn't happen at work” – Jason Fried)

Siz də ofisdə masa arxasında olmadığınız zaman daha çox işlədiyinizi düşünmüsünüzmü? Bəlkə də, iş yerində başqa bir məkanda olduğunuz üçün özünüzü lazımi qədər məhsuldar hesab etmirsiniz. Jason Fried bu TED çıxışında nə üçün bu düşüncəyə qapıldığımızı, doğru olduğu təqdirdə nə etməli olduğumuzu izah edir.

Ən sərfəli kredit üçün müraciət et

4. “Təxirə salmaqda mahir olan insanın düşüncələri” (“Inside the mind of a master procrastinator” – Tim Urban)

Tez-tez sosial şəbəkələrə daxil olaraq, video-oyun oynayaraq və ya o anda etməli olduğunuz işdən başqa hər şeyi edərək əsl etməli olduqlarınızı təxirə salırsınızsa, bu TED çıxışı məhz sizin üçün nəzərdə tutulub. Tim Urban bu çıxışında sizi etməli olduğunuz işlərə diqqətinizi yönəltməkdən yayındıran amillərdən və bu amillərlə necə mübarizə apara biləcəyinizdən bəhs edir.

Həmçinin oxu: Təxirə salma vərdişindən necə xilas olmaq olar?

5. “Naməlum olanla mübarizə aparmaq” (“Seeing Past the Unknown” – Heather Wilde)

İradəniz daxilində olmayan şeylər sizi narahat edirmi? Bəlkə də, zaman-zaman özünüzü məntiqsiz hesab etdiyiniz addımları atarkən yaxalayırsınız, ancaq bunu nə üçün etdiyinizi özünüzə izah edə bilmirsiniz. Odur ki, izləyəcəyiniz bu TED çıxışında spiker daha əvvəl qarşılaşmadığınız, hətta heç cür mənasını dərk edə bilmədiyiniz vəziyyətlərdən baş çıxarma və gücü yenidən əlinizə ala bilməyin yollarından bəhs edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram