Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin yanvarın 1-i vəziyyətinə görə, 286,4 min nəfərə (5,45%) bərabər olub.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 249,7 min nəfər olub, onlardan 4 963,3 min nəfərini məşğul əhali təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 732,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899,8 min nəfər, qeyri-dövlət sektorunda isə 832,8 min nəfər təşkil etdib. İqtisadiyyatın neft-qaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 701,2 min nəfər çalışıb.
Bizi sosial şəbəkələrdən izləyin!!