Banco.az | Tezliklə

“FINCA Azerbaijan” Siyəzəndə Yeni Ofis Açdı

Azərbaycanca

“FINCA Azerbaijan” müştərilərə yaxın, daha rahat və surətli xidmətlər göstərmək məqsədilə yeni, müasir, geniş və PayPoint ödəmə terminalı ilə təchiz olunmuş Siyəzən sub-ofisini müştərilərin ixtiyarına verdi. Heydər Əliyev küçəsində yerləşən yeni ofisin açılış mərasimində “FINCA Azerbaijan”ın rəhbər şəxsləri, yerli İcra Hakimiyyəti orqanın nümayəndələri, digər maliyyə təşkilatların mütəxəssisləri və müştərilər iştirak etdilər. Qonaqlar sub-ofisin fəaliyyətində stabilliyi, yüksək xidmət standartlarını və dinamik inkişafı qeyd edərək filiala çevrilməsini arzu etdilər.

Ən sərfəli kredit üçün müraciət et

Bankomat və ya “Şəxsi Kabinet” funksiyası vasitəsilə, “Hesaba mədaxil” xidməti istifadəyə verildi!

Azərbaycanca

“Bank Technique” ASC daha bir innovativ xidmətini müştərilərinin ixtiyarına verdi. Artıq hesablara vəsaitlərin mədaxil olunması üçün Banka gəlməyə ehtiyac yoxdur! İndi, “Bank Technique”də xidmət olunan hesablara, ödəniş (plastik) kartına sahib olan istənilən şəxs, bankomatlar (ATM) və ya online.banktechnique.az saytındakı “Şəxsi Kabinet” funksiyası vasitəsilə pul mədaxilini edə bilər. Bu cür əməliyyatlardan həm kreditlərin ödənişi, həm də şəxsi koçürmə və ya hesabın möhkəmləndirilməsi məqsədilə yararlanmaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Bolkart sahiblərinə“Sabina”-dan altı günlük hədiyyə fürsəti!

Azərbaycanca

10-15 iyul tarixlərində Bolkartla “Sabina” mağazalar şəbəkəsindən hər 80 manatlıq alış-veriş edən kart sahibləri 10 manatlıq Sabina hədiyyə kartı alacaq. Eyni zamanda, alış-veriş edən kart sahibi 6 aya əlavə xərcsiz ödəmə imkanı da qazanmış olacaq. Daha çox miqdarda alış-veriş edən Bolkart istifadəçisi, daha böyük məbləğli hədiyyə əldə edəcək. Misal üçün, Bolkart sahibi 160 manatlıq alış-veriş etdikdə 20 manatlıq Sabina hədiyyə kartı əldə etmiş olacaq və sairə.

Ən sərfəli kredit üçün müraciət et

“AGBank” daha bir idman yarışına dəstək oldu.

Azərbaycanca

“AGBank” daha bir idman yarışına dəstək oldu. 
Belə ki, iyulun 11-də Day.az media şirkətinin  10 illik yubileyinə həsr olunmuş Şahmat turniri AGBank-ın Baş Sponsorluğu ilə keçirildi.  

Ən sərfəli kredit üçün müraciət et

AccessBank dördüncü ildir ki, ardıcıl olaraq Euromoney tərəfindən Azərbaycanın ən yaxşı bankı adına layiq görülür.

Azərbaycanca

AccessBank 11 iyul 2013-cü il tarixində Londonda Euromoney Nəşriyyat Qrupu tərəfindən hər il keçirilən “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. Bu nominasiyada Bank artıq dördüncü ildir ki, bu mükafatı qazanır.

Ən sərfəli kredit üçün müraciət et

Azər-Türk Bank fəaliyyətinin 18 illiyini qeyd edir

Azərbaycanca

“Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır. Nəzərinizə çatdıraq ki, Bankımız Türkiyə Respublikasının Ziraat Bankı, Azərbaycan Respublikasının Aqrarkredit Səhmdar Kredit Təşkilatı, Almaniyanın Ziraat Bank İnternational AG və Turanbank ASC tərəflərindən təsis edilmişdir . 

Ən sərfəli kredit üçün müraciət et

Xalq Bankın keçirdiyi uduşlu lotereyanın qalibləri müəyyən olundu

Azərbaycanca

ASC “Xalq“ Bankı iyul ayının 6-da www.xalqbank.az saytında ödənişləri onlayn ödəyən müştərilər arasında oynanılan lotereyanın uduşunu keçirdi. Tiraj komissiyasının tam tərkibdə üzvlərinin nəzarəti ilə keçirilən uduşda 10 594 bilet iştirak edirdi. Uduşda İpad mini planşet kompüteri, Samsung Galaxy S3 mini smartfonu, şəhərin ən yaxşı restoranlarından birində iki nəfərlik şam yeməyi üçün dəvətnamələr, parfüm məhsulları və 150-yə yaxın digər hədiyyələr oynanılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

TuranBankın aktivlərinin həcmi 25,7% artmışdır

Azərbaycanca

2013-cü ilin iyul ayının 1-nə TuranBankın aktivlərinin həcmi, 2012-ci ilin analoji dövrü ilə müqayisədə 25,75%, ilin əvvəli ilə müqayisədə isə 11,34% artaraq 241,686 mln. manat təşkil etmişdir. Hesabat tarixinə bankın kredit portfeli, 2013-cü ilin əvvəli ilə müqayisədə 9,93%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 21,23% artaraq 177,298 mln. manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bank Respublika daha 2 Cash-in bankomatını istifadəyə verdi

Azərbaycanca

Müştərilərə öz vəsaitlərini rahat idarə etmək və plastik kartlar üzrə xidmətləri əlverişli şəraitlə təmin etməkdə davam edən Bank Respublika növbəti Cash-in bankomatını Nərimanov filialında və daha bir bankomatını Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 99 ünvanında istifadəyə verdi. Bununla da Bank Respublika bankomatların sayını 52-yə çatdırdı. Bu ilin sonunadək daha bir neçə bankomatın quraşdırılması nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Səhifələr

« first ‹ previous last »