Unibankdan Albalı kart sahiblərinə bahar hədiyyələri davam etməkdədir. Martın 31-dək Albalı kart istifadəçiləri İntegral plus və Samsung Store-dan istənilən Samsung məhsulunu öz qiymətinə əldə edərək, 12 aya faizsiz ödəmək imkanı qazanacaqlar.
BRAZİLİYA ÇEMPİONATINA UNİBANKLA
Unibank Visa kart sahiblərinə böyük futbol həyəcanını yaşadacaq. “Visa kartı ilə ödəniş et və Braziliyaya 2014-cü il Dünya Çempionatına getmək şansını əldə et” lotereyası çərçivəsində, Unibankın Visa kartları ilə bir ödəniş əməliyyatı belə, qalib olmağa kifayət edə bilər.
Kapital Bank “Köhnə elə yeni adət” gətirdi
Kapital Bank Novruz bayramı münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib. 11 mart tarixindən 15 aprel tarixinə qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət edən müştərilər indi 36 ayadək müddətə, maksimim 10.000 manata qədər kredit ala biləcəklər. Üstəlik, kampaniya çərçivəsində onlara kreditlərin illik faiz dərəcəsində də 4 faiz endirim ediləcək.
“Fitch Ratings” agentliyi DəmirBank-ın B reytinqini “pozitiv” proqnozunadək yüksəldib
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq DəmirBank-ın “B” reytinqini təsdiqləyib və “stabil” proqnozunu “pozitiv” proqnozunadək yüksəldib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən biridir.
“AtaBank” ASC və “VISA İnternational” ilə Braziliyadakı futbol həyəcanını canlı izlə.
“AtaBank” ASC və “VISA” ödəmə sistemi müştərilərinə 2014-cü ildə Braziliyadakı futbol üzrə Dünya Çempionatına getmək şansından istifadə etməyi təklif edir. Bundan əlavə iştirakçılar arasında eksklüziv suvenirlər oynanılacaq.
Onlayn səsvermədə “Bank of Baku” və Bolkart “İlin bankı” və “İlin taksit kartı” elan ediliblər!
Bank və bank məhsulları barədə xəbər portalı olan www.banco.az saytının keçirdiyi onlayn sorğuda “Bank of Baku” “İlin bankı”, Bolkart isə “İlin taksit kartı” nominasiyalarında qalib olublar. Toplam dörd nominasiya üzrə keçirilən səsvermədə minlərlə internet istifadəçisi iştirak edib.Səsvermənin şəffaf keçirilməsi üçün hər bir IP ünvandan yalnız bir dəfə səs verilib.
“Bank of Baku”-dan Bahar kampaniyası: “Faizləri azaltdıq!”
“Bank of Baku” “Faizləri azaltdıq!” endirimli nağd kredit kampaniyasına başlayır. Bu güzəştli kampaniyadan bankın həm daimi, həm də yeni müştəriləri faydalana bilər.Kampaniya çərçivəsində aylıq faiz dərəcəsi 1,9%-dən başlayır.
DəmirBank 8 mart münasibətilə aksiya həyata keçirib
DəmirBank hazırda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “8 fərqli gün” adlı güzəştli kredit aksiyasını həyata keçirir. Aksiya 14 mart 2014-cü il tarixinədək davam edəcək.
Aksiyanın şərtlərinə görə istehlak və ya biznes kreditləri üzrə DəmirBank-a müraciət edən xanım müştərilər üçün komissiya haqları 0,8%-dək azaldılıb. Kreditin maksimal məbləği 8000 AZN təşkil edir.