Pensiyaların hesablanması ilə bağlı mühüm açıqlama | Banco.az

Pensiyaların hesablanması ilə bağlı mühüm açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Pensiyaların hesablanmasında kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından istifadə məqsədəuyğun olardı”.

Banco.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib. Əmək pensiyasının məbləği hesablanan zaman pensiya kapitalının məbləğinin  orta pensiya müddətinə, yəni 144 əmsalına bölünməklə hesablandığını xatırladan millət vəkili qeyd edib ki,   kapitalı yüksək olmayanların pensiya məbləğləri də yüksək olmur:

“Məqsədəuyğun olardı ki, pensiya məbləğində keyfiyyət göstəricilərindən, məsələn, ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunsun. Bununla çoxuşaqlı ailələr daha tez pensiyaya çıxmaq hüququ ilə yanaşı, daha yüksək pensiya almaq imkanı da qazanarlar.

Ən sərfəli kredit üçün müraciət et

Digər məqam - əmək pensiyaları üçün tələb olunan pensiya kapitalından, yəni 40 320 manatdan az yığımı olan vətəndaşlarımızın pensiya məbləğinin hesablanmasıdır. Prezidentin göstərişi ilə pensiya amnistiyasının tətbiq edilməsi çoxlu sayda vətəndaşımıza yığımı az olsa da, əmək pensiyası hüququ yaradıb. Bu, olduqca yüksək qiymətləndirilməlidir”.

Millət vəkilinin fikirlərinə görə, yığımları minimum kapital tələbinə yaxın olan vətəndaşlarımızın pensiya məbləği müəyyənləşən zaman onların yığımlarının əmsal kimi nəzərə alınması və pensiya məbləğinə əlavə edilməsi yaxşı olardı.

“Bu baxımdan, diferensial yanaşmaya ehtiyac var”,- deyə Vüqar Bayramov qeyd edib.