“Jaguar" təxminən 3 min krossoverini sahiblərindən geri alacaq | Banco.az

“Jaguar" təxminən 3 min krossoverini sahiblərindən geri alacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Britaniyanın avtomobil istehsalçısı “Jaguar" yanğın riski ilə bağlı 2 760 "I-Pace" model elektromobilini müştərilərindən geri alacaq.

Banco.az xəbər verir ki, bu barədə "CarsCoops" məlumat yayıb.

Məlumata görə, şirkət geri çağırma kampaniyası zamanı “I-Pace” batareyalarının həddindən artıq qızması ilə bağlı problemi həll edə bilməyib. Bu səbəbdən  2019-cu il istehsalı olan avtomobillər ABŞ-də istismardan çıxarılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət öncəki kampaniyalarda proqram təminatını yeniləməklə problemi həll etməyə çalışıb, lakin avtomobil sahibləri həddindən artıq qızma ilə bağlı şikayətlərini davam etdiriblər.

Avqust ayında "Jaguar" hətta “I-Pace” sahiblərinə avtomobillərini binalardan uzaqda, açıq ərazilərdə park etməyi tövsiyə edib. Proqram təminatının yenilənməsinə baxmayaraq, üç avtomobilin alovlandığı bildirilir.