Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2024-cü ilin yanvar-oktyabr aylarında 913.7 mln. manat xalis mənfəət, 1,422.4 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 0,6% və 3,9% artıb.
Məlumata görə, cari ilin 10 ayında banklar tərəfindən 213.9 mln. manat (10.1% az) məbləğində mənfəət vergisi ödənilib.
Bizi sosial şəbəkələrdən izləyin!!