Polşanın demək olar ki, hər ikinci sakini (48%) ölkədə avronun tətbiqinə qarşı çıxıb.
Banco.az xəbər verir ki, bu barədə “THINK” fondunun araşdırmasında deyilir.
Bildirilir ki, respondentlərin yalnız 23%-i Polşanın vahid Avropa valyutasına keçidini dəstəkləyir.
Müqayisə üçün qeyd edək ki, 2002-ci ildə Polşanın avroya keçidinin mümkünlüyü ilə bağlı ilk sorğunun nəticələrinə görə, respondentlərin 90%-i belə bir fikrin tərəfdarı olub.
Polyaklar avronun tətbiqi ilə ölkədə qiymətlərin qalxacağından və “kəmərlərini sıxmaq” məcburiyyətində qalacaqlarından ehtiyat edirlər. Onlar həm də ÜDM-in azalması perspektivindən qorxurlar.
Xatırladaq ki, Polşa Avropa Birliyinə iyirmi il əvvəl, 2004-cü ildə qoşulub. Həmin il daha doqquz ölkə assosiasiyaya daxil olub. O vaxtdan bəri yalnız üç ölkə avroya keçməyib - Polşa, Macarıstan və Çexiya.
Bu gün Polşada rəsmi pul vahidi zloti olaraq qalır. Hazırda avronun məzənnəsi 4,3 zlotiyə bərabərdir.