18 yanvar 2014-cü il tarixində Azərbaycan İntellektual Oyunlar Federasiyasının təşkilatı dəstəyi ilə “Modern Hotel”də “Expressbank”-ın əməkdaşları arasında “Kim?Harada?Necə?” oyunu keçirilmişdir.
Kredit azərbaycanlının həyatını dəyişdi
Əli Xəlilov! İndi Gəncədə hamı bu gəncdən danışır. Unibankın “Nissan qazan” kampaniyasının ilk qalibi Əli Xəlilov, hər kəsin bankından götürdüyü ilk krediti ilə Nissan Sunny qazandı. Ev təmiri, taksi xidməti ilə ailəsini dolandıran Əli üçün Unibankdan gələn zəng, həyatının ən böyük hədiyyələrindən biri olub: “Xoşqədəm Hidayətqızı mənə Nissan qazandığımı xəbər verəndə, çox sevindim. Cəmi 1 ay öncə Unibankdan aldığım kreditlə bir problemimi həll edərək, yaşayışımı xeyli yaxşılaşdırdım.
DəmirBank-da pul köçürmə sistemləri üzrə aksiyanın müddəti uzadılıb
DəmirBank-da həyata keçirilən “Pul köçürənə / alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası 31 mart 2014-cü il tarixədək uzadılıb.
Aksiyanın şərtlərinə əsasən DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.
“AtaBank”-ın "Yeni İl, Yeni şans" müsabiqəsinin qalibləri müəyyən olunub
"AtaBank" ASC-nin 16 dekabr 2013-cü il tarixindən Facebook səhifəsində "Yeni İl, Yeni şans" şüarı altında start verdiyi hədiyyəli kampaniyanın qalibləri Könül Soltanova, Rəhimbala İbrahimov və Vəçixə Bədəvi olub. Qaliblərə, "AtaBank" ASC-dən, balansında 100, 200 və 300 manat olan “Visa” və “MasterCard” kartları təqdim edilib. Yeni il ərəfəsində start verilən müsabiqənin əsas məqsədi istifadəçilərin bayram əhval-ruhiyyəsini yüksəltmək və onlara bu bayram günlərində sevinc hissi bəxş
Kapital Bankda lotereya kampaniyası başa çatdı
Kapital Bankın oktyabrın 1-dən start verdiyi lotereya kampaniyasının dekabr ayı üzrə 100 qalibi məlum olub. “Ödəmələr hədiyyəli, hər ay qazan bir 50!” devizi altında keçirilən lotereya bununla da başa çatıb. Şərtlərə uyğun olaraq hər bir qalibin kart hesabına 50 manat köçürülüb.
Ən sosial yönümlü facebook səhifəsi
Unibank-ın facebook səhifəsi ən sosial yönümlü səhifələrdəndir. Unibank-ın facebook səhifəsi beynəlxalq SOCIALBAKERS xidməti tərəfindən “ƏN SOSİAL YÖNÜMLÜ SƏHİFƏ” nominasiyasının qalibi olub.
“Bank of Baku” www.hesab.az portalı ilə əməkdaşlığa başladı!
Artıq “Bank of Baku” müştəriləri və bank məhsullarından bəhrələnmək istəyən hər kəs www.hesab.az internet portalının elektron xidmətlərindən faydalana bilər. Bu, “Bank of Baku” ilə “Golden Pay” onlayn ödəmə provayderi arasında imzalanmış saziş nəticəsində mümkün olub.
UNİBANK 100.000 manat dəyərində hədiyyə paylayacaq
Unibank ın ümumi mükafat fondu 100. 000 manatı ötən iki lotereyasının qalibləri açıqlanıb. Bankın “Kreditinizi ödəyin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının 76 qalibi seçilib. Tirajda 1 nəfər 500 AZN, 25 nəfər 100 AZN, 50 qalib isə hərəyə 50 AZN pul mükafatı əldə ediblər. 24 oktyabr-31 dekabr müddətində davam edən lotereyanın ümumi uduş fondu 5500 AZN təşkil edib.