Müəllif:Ayşən İmanova/Banco.az
Çin avtomobil istehsalçısı JAC və texnologiya nəhəngi "Huawei" şirkəti "Maextro" markalı avtomobil istehsal edəcək. Avtomobil "Maybach" və "Rolls-Royce"un məhsulları ilə rəqabət aparacaq.
Banco.az xəbər verir ki, bu barədə "CarNewsChina" məlumat yayıb.
"S800" zavod indeksi verilən avtomobilin faktiki uzunluğu 5.5 metrədək olacaq. Bu o deməkdir ki, avtomobil ölçülərinə görə D+ sinfinə çatır və “Maybach” və “Rolls-Royce Ghost”un S sinif versiyası ilə müqayisə edilə bilər. Fərq, əlbəttə ki, “S800”ün tam elektriklə təchiz olunmasıdır”, - nəşr qeyd edir.
Məlumdur ki, avtomobil eyni anda dörd korporativ loqo alacaq: ön və arxa emblemlərdən əlavə, yanlarda da ikisi olacaq. "S800"ün 2025-ci ilin yazında satışa çıxarılacağı və yeni tikilmiş JAC zavodunda istehsal ediləcəyi gözlənilir. Şirkətin ildə bu sedanlardan 35 min ədəd istehsal edəcəyi nəzərdə tutulur.