Müəllif: Gülnar Əhmədli, Banco.az
Böyük endirimlər zamanı bəzən ehtiyacımız olmayan bir şeyi almırıq, bəzən isə həddindən artıq məhsul alırıq. Bu, insandan insana dəyişən bir vəziyyətdir. Böyük endirimlər zamanı mütləq bəzi məqamlara diqqət yetirmək lazımdır. Onlar hansılardır? Birlikdə nəzər salaq.
1. Əsas ehtiyacların siyahısını hazırlayın
Böyük endirimlər çox vaxt həftələr əvvəl elan edilir. Buna görə də alış-veriş siyahınızı son ana saxlamaq əvəzinə həftələr əvvəldən siyahıya başlayın və çatışmazlıqları yazın.
2. Ən azı 1 həftə öncədən almaq istədiyiniz məhsullara mütləq gedib baxın/sınayın
Uzun alış-veriş siyahınız varsa, 1 həftə əvvəl mağazalara baş çəkin və sizə ən uyğun olan məhsulları qiymətləri ilə birlikdə qeyd edin. Bu yolla siz satış zamanı qiymətlərin şişirdildiyini, yaxud azaldığını görə bilərsiniz və mağazaya getmədən rahatlıqla onlayn alış-veriş edə bilərsiniz.
3. Satışda olan bütün markalara baxın
Brendlər endirimlərin başlamasına bir neçə gün qalmış endirim elanları etməyə başlayır. Xüsusilə alacağınız məhsul bir çox fərqli mağazada satılırsa, hansını daha ucuz qiymətə ala biləcəyinizi və ya endirim zamanı hansına baxmalı olduğunuzu müəyyənləşdirin.
4. Məhsulları müqayisə edin
Məsələn, əgər siz elektronik əşya alacaqsınızsa, onlayn olaraq müxtəlif kateqoriyalarda satılan bütün mağazaların endirim faizlərini, məhsulların eyni müasir xüsusiyyətlərə malik olub-olmadığını, çatdırılma xərclərini və zəmanət şərtlərini yoxlayın. Fiziki mağazalardan alış-veriş edəcəksinizsə, mütləq eyni şeylərə diqqət yetirin. Məsələn, mağazadan aldığınız məhsul çox ucuzdursa, məhsulun detallarını mütləq araşdırın.
5. Onlayn alış-verişə önəm verin
İnsanların sıx olduğu mağazalara gedərək yorğunluğa məruz qalmaqdansa, bir çox brendlərin təklif etdiyi onlayn endirimlərdən yararlanın. Demək olar ki, artıq onlayn satışı olmayan brend yoxdur.
6. Onlayn alış-veriş üçün səbətinizi əvvəlcədən hazırlayın
Onlayn alış-verişin başqa bir gözəlliyi isə endirim başlayanda narahat olmamağınızdır. Siz səbətinizi endirim vaxtından əvvəl və ya hətta bir neçə gün əvvəl asanlıqla hazırlayıb endirim başlayanda tez ala bilərsiniz. Beləliklə, heç bir stress keçirmədən alış-verişinizi rahatlıqla tamamlaya bilərsiniz.
7. Ehtiyacınız olmayan şeylər üçün alış-verişə vaxt itirməyin
Əgər onlayn mağazalardan alış-veriş siyahınızı tamamlaya bilmədinizsə və fiziki mağazalara getməyə qərar verdinizsə, sizi böyük bir xaos gözləyir. Bu səbəbdən mağazaya girən kimi diqqətinizi alış-veriş siyahınızdakı hədəfə yönəltməli və sınamanız lazım olan şeylər varsa, onları sınamalı, ehtiyacınız olmayan və ya uyğun gəlməyəcəyini bildiyiniz şeylərə vaxt itirməməlisiniz.
8. Ehtiyacınız olmayan şeyləri almayın
Ehtiyacınız olmayan və sırf endirim olunduğu üçün aldığınız xırda şeylər haqqında iki dəfə yox, bir neçə dəfə düşünün.
9. Həmişə ikinci planınız olsun
Əgər kifayət qədər bahalı bir şey alacaqsınızsa və bu endirim sizin üçün çox sərfəli görünürsə, həmişə ikinci planınız olsun. Məsələn, yeni televizor almağa hazırlaşırsınız və uzun müddətdir baxdığınız model böyük endirimdədir. İlk girdiyiniz və planlaşdırdığınız mağazada onu tapmasanız, əvvəlcə başqa mağazalara baxın, həqiqətən televizora ehtiyacınız varsa, baxmaq üçün başqa model seçin. Bunu hər hansı bir məhsula da tətbiq edə bilərsiniz.
10. Alacağınız məhsulların dəyişdirmə və geri qaytarma şərtlərini mütləq oxuyun
Kiçik əşyalar üçün böyük problem olmasa da, həqiqətən qiymətli və bahalı əşyalar alacaqsınızsa, dəyişdirmə və qaytarma şərtlərini mütləq oxumalısınız. Əgər onu evə gətirdiyiniz zaman problem yaşaya biləcəyiniz və ya sizə uyğun olmayan bir məhsuldursa, məhsulu öz əlinizdə saxlamaq məcburiyyətində qalmamağınız üçün dəyişdirmə və geri qaytarma çox vacibdir.
11. Sosial mediada alış-veriş və endirim səhifələrini izləyin
Hazırda demək olar ki, hamı sosial mediadan aktiv istifadə edir. Buna görə də alış-veriş edəcəyiniz markaların sosial media hesablarını izləyə bilərsiniz. Bu səhifələrdə sizin kimi bir çox insanın gördükləri endirimləri paylaşdığını görə bilərsiniz. Bu yolla endirim kodları və kənarda qalan sərfəli məhsullar haqqında məlumatlandırıla bilərsiniz.
12. Unutmayın, bu, ilin yeganə satışı deyil
Endirim dərəcələri nə qədər yüksək olsa da, eyni məhsulu mövsümün sonunda da ala bilərsiniz. Həmişə nəzərə alın ki, eyni məhsulu başqa endirim mövsümündə daha sərfəli qiymətə almaq mümkündür. Təbii ki, kifayət qədər büdcəniz varsa, alın, amma bunu son endirim kimi düşünməyin.
Bizi sosial şəbəkələrdən izləyin!!