Unibank-ın "Facebook" səhifəsi beynəlxalq Socialbakers xidməti tərəfindən mart ayının nəticələrinə görə də, “Ən sosial yönümlü səhifə” nominasiyasının qalibi olub. Unibank facebook səhifəsi yeganə bank səhifəsidir ki, 2014-ci ildən hər ay Socialbakers tərəfindən dərc edilən ən sosial yönümlü səhifələrin top 5-liyinə daxil edilir.
“FINCA Azerbaijan”-ın Beyləqan filialı Yeni Ofisinin Açılış Mərasimini Həyata Keçirmişdir
Müştəri məmnunluğunun təmin olunmasına daim çalışan FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı 16 aprel 2014-cü il tarixində Beyləqan filialının müştərilərin rahatlığını təmin edəcək müasir standartlara tam cavab verən yeni ofisinin açılış mərasimini həyata keçirmişdir.
Azərbaycanın ilk bank məlumat mərkəzi 7 yaşını qeyd edir!
Azərbaycanın bank sektorunda ilk məlumat mərkəzi olan “Bank of Baku”-nun 145 Məlumat Mərkəzi 7 yaşını qeyd edir. Məlumat Mərkəzinə zəng etməklə bankla bağlı ən müxtəlif mövzularda avtomatlaşdırılmış məlumatlar əldə etmək, təklif və irad bildirmək, kredit borcları barədə məlumat almaq və ödəniş etmək mümkündür. “Hazırda 145 nömrəsini yığanların ortalama sayı ay ərzində 140.000, gün ərzində isə 5.000 civarındadır.
Azərbaycanın ilk bank məlumat mərkəzi 7 yaşını qeyd edir!
Azərbaycanın bank sektorunda ilk məlumat mərkəzi olan “Bank of Baku”-nun 145 Məlumat Mərkəzi 7 yaşını qeyd edir. Məlumat Mərkəzinə zəng etməklə bankla bağlı ən müxtəlif mövzularda avtomatlaşdırılmış məlumatlar əldə etmək, təklif və irad bildirmək, kredit borcları barədə məlumat almaq və ödəniş etmək mümkündür. “Hazırda 145 nömrəsini yığanların ortalama sayı ay ərzində 140.000, gün ərzində isə 5.000 civarındadır.
DəmirBank Western Union üzrə yeni aksiyaya başlayıb
DəmirBank Western Union pul köçürmə sistemi üzrə müştərilərə yeni aksiya təqdim edir.
Aksiya çərçivəsində MDB ölkələrinə və Gürcüstana 200 ABŞ dollarından başlayaraq pul göndərən müştərilər cəmi 1% komissiya haqqı ödəməli olacaqlar.
“Bank Technique”in kart sahibləri üçün yeni xidmət – vəsaitlərin ani mədaxili
“Bank Technique” ASC xidmət proseslərini təkmilləşdirməkdə davam edir və bu məqsədlə vəsaitlərin bank kartlarına ani mədaxili xidmətini yaradıb. Bundan sonra plastik kartlara köçürülən məbləğ bir neçə dəqiqədən sonra müştəri tərəfindən istifadə edilə bilər.
Yeni xidmət “Bank Technique”in bütün kart sahibləri üçün nəzərdə tutulub. Bunun üçün müştəri Bankın filialına yaxınlaşaraq, kartını və yerləşdirmək istədiyi vəsaiti təqdim etməlidir.
ALBALI PLUS kartının təqdimatı keçirilib
Bu günlərdə Unibank-ın ALBALI PLUS kartının təqdimatı keçirilib. Four Seasons otelində təşkil edilən tədbirdə, bankın yüzlərlə partnyoru və müştərisi bir araya toplanıb. Unibank-ın İcraçı direktoru (CEO-su) Cəlal Qasımov ALBALI PLUS kartını “müştərilərin şəxsi bankı” adlandırıb, çünki bu karta sahib olan müştərilər, bankın əksər məhsullarından istifadə etmək imkanı qazanırlar.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol turniri başlayır
Aprelin 19-da “AtaBank”nın dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun və “Sinerji” Şirkətlər Qrupunun əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi mini futbol turniri start götürəcək. Yarışda müxtəlif adlarda AtaHolding Şirkətlər Qrupuna və “Sinerji” Şirkətlər Qrupuna daxil olan şirkətlərin futbol komandaları qüvvələrini sınayacaqlar.