Müştərilərə göstərilən xidmətin keyfiyyətini daha da yüksəltmək məqsədilə Yapı Kredi Bank Azərbaycan yenilənmiş İnternet Bankçılıq xidmətini istifadəyə vermişdir.
Hər ehtiyac anında, Yapı Kredi Bank Azərbaycan yanında!
Gələcək planlarımızı qurarkən, ehtiyaclarımızı ödəmək üçün çox zaman banklara müraciət edirik. Yapı Kredi Bank Azərbaycan da son zamanda ehtiyaclarınızı ödəməkdə yardımcı olmaq üçün davamlı kampaniayalar təqdim edir.
DəmirBank şirkət və təşkilatlara “Korporativ kart” məhsulunu təklif edir
DəmirBank şirkət və təşkilatlar üçün nəzərdə tutulan “Korporativ kart” məhsulunu təqdim edib. Bu kartlardan həm şirkətin rəhbərləri, əməkdaşları, həm də ezamiyyətə gedən şəxslər istifadə edə bilər.
UNİBANK MÜŞTƏRİLƏRİNƏ YENƏ QAZANDIRDI
Unibank 90.000 manatlıq uduş fondu olan “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının daha bir tirajının qaliblərini açıqladı.8-ci tirajın 26 qalibi müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında seçilib. Qaliblərdən 20 nəfər 100 manat , 4 nəfər 500 manat, 2 nəfər isə 1000 manat pul mükafatı əldə ediblər.
DəmirBank-dan ad günü olanlar xüsusi təklif
DəmirBank ad günündən 15 gün əvvəl və ya 15 gün sonra istehlak kreditləri üzrə müraciət edən müştərilərə illik faiz dərəcəsində 3% endirim təqdim edir. Aksiya 31 dekabr 2014-cü il tarixinədək davam edəcək.
Qeyd edək ki, aksiya ipoteka, avtomobil krediti, biznes krediti, təmir krediti, qızılla kredit, təhsil krediti, pul köçürmələri əsasında kreditlər istisna olmaqla, digər istehlak kreditlərinə şamil edilir. Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.
Dünyanı ALBALI PLUS-la kəşf edin!
ALBALI PLUS kart sahiblərinə gözəl yay istirahəti! ALBALI PLUS istifadəçiləri üçün səyahət biletləri daha sərfəli oldu.
“Bank of Baku”-dan sadiq müştərilər üçün güzəştli kredit kampaniyası: “Dostlara böyük endirim!”
“Bank of Baku” özünün daimi kredit müştəriləri olan “Dostlar Klubu”-nun üzvləri (bankla ən azı 12 ay əməkdaşlıq edən və müsbət tarixçəyə malik olan “Dostlar Klubu” kartının sahibləri) üçün “Dostlara böyük endirim” nağd kredit kampaniyası elan edir.Kampaniyanın əsas üstünlüyü müştəriyə iki kredit güzəştindən birini seçmək imkanının verilməsindən ibarətdir:
“Bank of Baku”-dan daha bir UĞUR- “Pərakəndə bank xidmətləri bazarında lider”!
“Bank of Baku” daha bir nüfuzlu mükafata layiq görülüb.Belə ki, iqtisadiyyat və biznes sahəsində “Uğur” milli mükafatı “Bank of Baku”-ya təqdim edilib. Mükafat “Azərbaycanda pərakəndə bank xidmətləri bazarının lideri. Bolkart - ən uğurlu kredit kartı” nominasiyasında verilib.
“Bank of Baku”-dan növbəti yenilik: “Mene zeng et” kommunikasiya xidməti işə düşdü!
Müştəri məmnunluğunu artırmaq məqsədilə “Bank of Baku” “Mene zeng et” kommunikasiya xidmətini işə salıb. Banka hər-hansı təklif və sorğusu olan şəxs SMS ilə “Mene zeng et” yazıb 8145-ə göndərə bilər.Bu mesajı alan bank nümayəndəsi qısa müddətə ismarıc sahibinə zəng edərək onu dinləyib müraciətini araşdıracaq.