Noyabrda bankların tələbi 487 milyon dollar olub | Banco.az

Noyabrda bankların tələbi 487 milyon dollar olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 80.1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu əvvəlki hərracla (26 noyabr) müqayisədə 6.8 milyon dollar və ya  9.3% çoxdur.

Qeyd edək ki, noyabrda keçirilən hərraclarda ümumi tələb 487.1 milyon dollar təşkil edib.

Tarix

Tələb

28 noyabr

80.1 milyon dollar

26 noyabr

73.3 milyon dollar

21 noyabr

74.6 milyon dollar

19 noyabr

73 milyon dollar

14 noyabr

39.7 milyon dollar

7 noyabr

77.1 milyon dollar

5 noyabr

69.3 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram