Qazaxıstan Milli Fondu ikinci dərəcəli banklara dəstək səbəbindən 3,9 milyard dollar itirib | Banco.az

Qazaxıstan Milli Fondu ikinci dərəcəli banklara dəstək səbəbindən 3,9 milyard dollar itirib

Müəllif:Ayşən İmanova/Banco.az

İkinci dərəcəli Qazaxıstan banklarına dəstək Qazaxıstan Milli Fonduna milyardlarla itki ilə nəticələnib.

Banco.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Bankının rəhbəri Timur Süleymenov məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

“Qazaxıstan Milli Fondu dövlət yardımı çərçivəsində aşağı faizli bank istiqrazlarının alınması nəticəsində təxminən 2 trilyon tənqə (3,9 milyard dollar) itirib”, - deyə o parlamentin plenar iclasında bildirib.

Milli Bankın rəhbəri xatırladıb ki, 2022-ci ildə Qazaxıstanda Milli Fondun idarə edilməsi qaydalarına dəyişikliklər edilib: indi onun vəsaitləri yalnız ortamüddətli inflyasiya səviyyəsində olan alətlərə yatırıla bilər (10- 12%).