Ukrayna Dünya Bankından milyardlarla dollar aldı | Banco.az

Ukrayna Dünya Bankından milyardlarla dollar aldı

Müəllif:Ayşən İmanova/Banco.az

Ukrayna PEACE in Ukraine ("Ukraynada Sülh") investisiya layihəsi vasitəsilə Dünya Bankından təxminən 5 milyard dollar alıb.

Banco.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat verib.

“Sülh layihəsi çərçivəsində Ukrayna Dünya Bankından 4,8 milyard dollar alıb. Bu, bankın tarixində sosial və təhsil, səhiyyə, kənd təsərrüfatı məhsulları istehsalçıları, eləcə də bərpa layihələrinin həyata keçirilməsində dövlətimizə dəstək olmaq məqsədilə həyata keçirilən ən böyük investisiya layihəsidir”, - deyə baş nazir qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, 2022-ci ilin fevral ayından etibarən Dünya Bankının mexanizmləri vasitəsilə artıq 50 milyard dollara yaxın vəsait cəlb edilib.

Ukrayna Maliyyə Nazirliyinin "Telegram" kanalında qeyd etdiyi kimi, bu yardımın alınması ABŞ-nin 1,6 milyard dollar məbləğində qrantı və inkişaf üzrə digər tərəfdaşların vəsaitləri sayəsində mümkün olub. 4,8 milyard dollar kredit əsas sosial və humanitar xərclərin ödənilməsinə yönəldiləcək.