Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ-nin kommersiya xam neft ehtiyatları keçən həftə təxminən 1 milyon 800 min barel azalaraq 428 milyon 400 min barelə enib.
Banco.az ABŞ-nin Energetika Nazirliyi yanında Energetika Administrasiyasına (EIA) istinadən xəbər verir ki, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları təqribən 1 milyon 200 min barel artaraq 390 milyon 400 min barel səviyyəsinə yüksəlib.
Sözügedən dövrdə ABŞ-nin benzin ehtiyatları təxminən 3 milyon 300 min barel artaraq 212 milyon 200 min barrelə çatıb.
ABŞ-nin gündəlik xam neft hasilatı noyabrın 16-dan 22-ə qədər olan dövrdə 295 min barel artaraq 13 milyon 937 min barelə çatıb.
Ölkənin xam neft idxalı ötən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 1 milyon 600 min barel azalaraq 6 milyon 83 min barelə, xam neft ixracı isə orta hesabla gündəlik 285 min barel artaraq 4 milyon 663 min barelə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!