Visanın “Visa ilə al, Braziliyaya gəl!” devizi altında keçirdiyi lotereya aksiyası başa çatıb. Lotereyanın 2 əsas qalibinin hər biri Braziliyaya - 2014-cü il Futbol üzrə Dünya Çempionatına 2 nəfərlik səyahət paketi qazanıb. Digər qaliblərə isə müxtəlif hədiyyələr verilib.
Worldcard #yayfursetleri çərçivəsində Facebook istifadəçiləri üçün özəl kampaniya təqdim edir
#yayfursetleri kampaniyası çərçivəsində, Worldcard Facebook istifadəçiləri üçün özəl kampaniya keçirməyi qərara alıb.
Worldcard #yayfursetleri-ni müştərilərinə təqdim edir
Yapı Kredi Bank Azərbaycan Worldcard istifadəçilərinə yay aylarında iri miqyaslı kampaniyalar təqdim etməyi qərara alıb. Bankdan aldığımız xəbərə görə, önümüzdəki 3 ay ərzində Worldcard müştəriləri tətil, istirahət, əyləncə planlarını daha asan və daha münasib yolla həll edə bilərlər.
PAŞA Kapital Azərbaycanda ən yaxşı broker elan olunmuşdur
Azərbaycanın broker bazarının liderlərindən biri olan PAŞA Kapital, “EMEA Finance” beynəlxalq maliyyə jurnalının 2013-cü il yekunlarına əsasən “Azərbaycanda ən yaxşı broker” mükafatına layiq görülüb. Mükafatın təntənəli təqdimat mərasimi “Europe Banking Awards 2013” çərçivəsində Varşavada (Polşa) keçirilib.
ALBALI PLUS-dan hesab.az istifadəçilərinə HƏDİYYƏ
ALBALI PLUS (ALBALI) kartı ilə ödəniş et, hədiyyə dəqiqələr qazan. Bakcell abunəçiləri hesab.az portalında hər 5 AZN-lik ödəniş üçün 10 dəqiqəlik pulsuz danışıq hədiyyəsi qazanırlar. Hər 10 AZN-lik ödəniş, 20 dəqiqəlik danışıq müddəti hədiyyə deməkdir. Ödənişin həcmi artdıqca, hədiyyə danışıq dəqiqələri də artır.
“AtaBank” Sahibkarlığa Kömək Milli Fondunun tədbirində iştrak etmişdir
“AtaBank” ASC mayın 23-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Binəqədi rayonunun, M.Ə.Rəsulzadə qəsəbəsində № 100 nömrəli məktəbdə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumnda iştrak etmişdir. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 80-a yaxın sahibkar iştirak etmişdir.
Bu gün Bank VTB Azərbaycan bazara növbəti yeni kredit məhsulunu daxil edib
Bu yeni məhsul – hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulmuş bank təminatı ilə kreditdir. Bu barədə saytımıza daxil olan məlumatda bilidirilir.
Müvafiq məhsul üzrə girov tələb olunmur.
Onu da qeyd edək ki, kreditin müddəti, faiz dərəcəsi və komissiyası bank tərəfindən fərdi yanaşma prinsipi əsasında hər bir müştəri üçün ayrıca müəyyən edilir.