Z nəsli yüksək maaşdan çox tətillərə üstünlük verir | Banco.az

Z nəsli yüksək maaşdan çox tətillərə üstünlük verir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“LinkedIn”in apardığı araşdırmaya görə, Z nəsli müəllimlik peşəsinə daha çox bayramların çoxluğuna görə üstünlük verir.

Banco.az xəbər verir ki, “LinkedIn” Britaniyada Z nəsli üçün maraq doğuran ən yaxşı sənaye sahələrini dərc edib.

“LinkedIn” milyonlarla üzv profili və iş elanlarının təhlilinə əsasən, hazırda Böyük Britaniyada ən sürətlə inkişaf edən sektorun təhsil olduğunu aşkar edib. Ən çox axtarılanlar isə tədris və tədris köməkçiləri olub.

Belə ki, Z nəslinin müəllimlik peşəsini seçməsinin əsas səbəbi çevik iş saatlarıdır. 9-5 iş rejiminə öyrəşə bilməyəcəklərini düşünən Z nəslini yay tətilləri və semestr tətilləri, həmçinin dərs cədvəlində çevik iş saatları cəlb edir.

Bununla yanaşı, tədris Z nəslinin yenilik yaratmaq istəyi ilə də uyğunlaşır və gənc nəslin rol model olmaq ideyası xoşuna gəlir.

Qeyd edəj ki, yeni nəslin müəllimlikdən başqa seçdiyi peşələr də kifayət qədər təəccüblüdür. Ümumilikdə ənənəvi peşəıər yenidən dəbdədir, çünki artıq Z nəsli texnologiya dünyasındakı kütləvi ixtisarlar fonunda aşağı maaşlı, sabit işlərə üstünlük verir.

Gəlin Böyük Britaniya məzunları üçün ən sürətlə inkişaf edən 10 sənaye sahələri ilə tanış olaq.

  1. Təhsil
  2. Hökumət siyasəti
  3. Neft, qaz və mədən
  4. İstehlakçı xidmətləri
  5. Tikinti
  6. Dövlət idarəetməsi
  7. Xəstəxanalar və səhiyyə
  8. Nəqliyyat, logistika, təchizat zənciri və anbar
  9. Topdan satış
  10. Maliyyə xidmətləri

Məlumat üçün qeyd edək ki, Böyük Britaniyada müəllimlik peşəsində işə düzəlmək şansı digər sektorlara nisbətən daha yaxşı olsa da, müəllimlər üçün orta başlanğıc əmək haqqı 28 min - 40 min funt sterlinq (35 min 700 - 51 min dollar) arasında dəyişir. Ancaq müəllimliklə müqayisədə, siyahıda onuncu yeri tutan maliyyə xidmətlərində işləyənlər əvvəlcədən çox daha gəlir əldə edə bilirlər. Belə ki, maliyyə menecerləri təxminən 45 min funt sterlinq (57 min dollar) başlanğıc əmək haqqı qazanırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram