Müəllif: Gülnar Əhmədli, Banco.az
Kral ailəsinin üzvlərinin çantalarında həmişə qara paltar daşımadan səyahət edə bilməyəcəyini və ya ailənin qadınlarının çölə çıxanda önü açıq ayaqqabı geyinə bilməyəcəyini bilirdinizmi? Əgər bu sizə qəribə gəlirsə, Britaniya kral ailəsinin xarici görünüşündə riayət etməli olduğu digər qaydaları eşidəndə daha da təəccüblənəcəksiniz:
1. İstədikləri zaman cins şalvar geyinə bilmirlər
Kral ailəsinin üzvləri yalnız təsadüfi tədbirlərdə iştirak edərkən cins şalvar geyinə bilərlər. Məsələn, Ketrin polo tədbirinə qatılanda cins şalvar geyinirdi. Onlara itlərini gəzdirərkən və ya gündəlik görünüş tələb edən başqa işlərlə məşğul olarkən cins şalvar geyinməyə icazə verilir.
2. Oğlanlar şortik geyinməlidirlər
Kral ailəsinin kiçik oğlanları yalnız müəyyən yaşa çatana qədər şort geyinə bilərlər. Amma onlar ən azı 8 yaşına qədər şortik geyinməlidirlər, bundan sonra şalvar geyinməyə icazə verilir. Bunun səbəbi olduqca maraqlıdır, çünki şalvar geyinmək kral ailəsi üçün “orta sinif” sayılır.
3. Həmişə özləri ilə qara paltar daşımalı olurlar
Kral ailəsi səyahətə çıxarkən çamadanlarında qara paltar daşımalıdır. Bunun səbəbi əslində olduqca kədərlidir. Ailə üzvlərindən biri gözlənilmədən vəfat edərsə, ona hazır olmaq lazımdır. Çünki II Elizabet 1952-ci ildə atasının ölümünü eşidəndə Keniyada idi və Londona qayıtdıqdan sonra təyyarədən enməzdən əvvəl ona yas paltarının çatdırılmasını gözləməli olmuşdu.
4. Önü açıq ayaqqabı geyinə bilməzlər
Burnu açıq ayaqqabılar kral ailəsi üçün qeyri-rəsmi parçalar hesab olunur. Ona görə də onlar ailəni təmsil etmək və ya rəsmi tədbirlərdə iştirak etmək üçün bayıra çıxanda həmişə qapalı ayaqqabı geyinməli olurlar.
5. Saçlarını boyaya bilmirlər
Kral ailəsi üzvlərinin saçları həmişə təbii olmalıdır. Ailə üzvünün saçlarını cəlbedici rəngə boyaması qəbuledilməzdir. Bundan əlavə, onların saçları həmişə təmiz və baxımlı olmalıdır.
6. Qadınlar paltolarını çıxara bilmirlər
Kral ailəsinin qadınlarının paltolarını çıxarmaları kraliyət xanımına yaraşmayan davranış hesab olunur. Buna görə də Kembric hersoginyası Ketrinin bunu etdiyini heç vaxt görməzsiniz. Bununla belə, əgər onların paltoları çox istidirsə və onu çıxarmaq lazımdırsa, bunu kameralardan uzaqda etmək lazımdır.
7. Əlcəklər ən məşhur aksesuarlardan biridir
Kraliça Elizabet sağ olanda nadir hallarda əlcək taxmadan çölə çıxırdı. Bu ənənə uzun müddətdir ki, davam edir. Kraliça bu ənənəni yaşadıb. O, əlcəklərin zərif olduğunu düşünürdü, həmçinin kraliça sağ ikən əlcəklər onu mikroblardan qoruyurdu.
8. Kraliça parlaq rənglərdə paltar geyinməlidir
Bunun səbəbi odur ki, kraliça həmişə xalqdan fərqlənməlidir. Beləcə insanlar onu kənardan görəndə onun kraliça olduğuna əmin olduğunu bilməlidirlər.
9. Hər kəs tac taxa bilməz
Kral ailəsində hər qadın tac taxa bilməz. Meqan Markl toyunda tac taxsa da, istədiyi vaxt bunu edə bilmir. Taclar evli və ya şahzadə kimi doğulmuş qadınlar üçündür. Evləndikdən sonra onlar yalnız ən rəsmi tədbirlərdə tac taxa bilirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!