İqtisadiyyata kredit qoyuluşlarının həcmi 13.482,6 milyon manat təşkil edib | Banco.az

İqtisadiyyata kredit qoyuluşlarının həcmi 13.482,6 milyon manat təşkil edib

Mərkəzi Bank Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının fəaliyyəti haqda hesabatını təqdim edib. Hesabatda qeyd olunur ki, kredit təşkilatları tərəfindən bu ilin iyulun 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 13.482,6 mln. manat təşkil edib. Bildirilir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 462,3 mln. manat və ya 3,6 faiz, əvvəlki ayla müqayisədə 284,6 mln dollar və ya 2,2 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1.377,0 mln. manat və ya 11,4 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərinin çoxalması hesabına baş verib.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et