“BYD” 100 minə yaxın elektrik avtomobilini geri çağırır | Banco.az

“BYD” 100 minə yaxın elektrik avtomobilini geri çağırır

Müəllif:Ayşən İmanova/Banco.az

Çinin aparıcı elektromobil istehsalçısı “BYD” (Build Your Dreams) 96,7 min elektrik avtomobilini yanğın təhlükəsi səbəbindən geri çağırdığını elan edib.

Banco.az xəbər verir ki, bu barədə "CarNewsChina" məlumat yayıb.

Bildirilir ki, bu, “BYD” tarixində ən böyük geri çağırma kampaniyasıdır.

Geri çağırma 2022-ci ilin noyabrından 2023-cü ilin dekabrına qədər Çində istehsal olunmuş “Dolphin” və “Yuan Plus” modellərinə aiddir. Bu avtomobillərdə elektrik sükanında yanğına səbəb ola biləcək qısaqapanma riski aşkar edilib.

Ən sərfəli kredit üçün müraciət et

Avtomobil sahiblərinə hissələrin dəyişdirilməsinin zəruriliyi barədə poçt və ya telefon vasitəsilə məlumat veriləcək. Bundan əlavə, “BYD” geri çağırışdan təsirlənən istifadəçilərə dəstək göstərmək üçün qaynar xətt yaradıb.

Qeyd edək ki, “Dolphin” və “Yuan Plus” elektrik avtomobilləri 2023-cü ildə “BYD”nin ən çox satılan modelləri olub və il ərzində satılan 3 milyon avtomobilin 26%-ni təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et