Azərbaycanda kasko sığortası bazarı 21% böyüyüb | Banco.az

Azərbaycanda kasko sığortası bazarı 21% böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2024-cü ilin yanvar-avqust aylarında 39 milyon 314 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 milyon 766 min manat və ya 20,8% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 1 milyon 426 min manat və ya 11,8% artaraq 13 milyon 559 min manata çatıb. Ötən ilin yanvar-avqust aylarında bu növ üzrə yığımların məbləği 32 milyon 548 min manat, ödənişlərin məbləği isə 12 milyon 133 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram