Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Həm minimum əmək haqqı, həm də minimum pensiya məbləğləri cənab Prezidentin imzaladığı fərmanlar ilə artırılır. Yəni, hər hansı strateji sənədlərdə minimum əmək haqqı və minimum pensiya məbləğləri proqnozlaşdırılsa da qərarlar dövlət başçısı tərəfindən qəbul olunur”.
Banco.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, həm minimum əməkhaqqı, həm də minimum pensiya ilə bağlı konkret məbləğlər sənədlər imzalananda bəlli olacaq:
“Ümumiyyətlə, strategiyaya istinad heç də konkret məbləğlər anlamına gələ bilməz. Milli Məclisdə keçirilən iclasda bildirdim ki, “minimum pensiya və minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş var. Buna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflərin hazırlanması həyata keçirilib”.
Qeyd edək ki, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən gələn il orta aylıq əməkhaqqı 9,1 faiz artırılaraq 1080,1 manata çatdırılacaq.