“Unicapital İnvestisiya Şirkəti”nin Baş direktoru Vüqar Namazov COP29 çərçivəsində “Azərbaycan Kapital Bazarında Yaşıl İstiqrazlar” mövzusunda keçirilən tədbirdə spiker qismində çıxış edib.
O, yaşıl istiqrazların gələcəkdəki rolu və potensialını vurğulayıb, ölkəmizdə dayanıqlı investisiyaların inkişaf perspektivlərindən bəhs edib.
Tədbir Bakı Fond Birjası və BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüsləri (UN SSE) tərəfindən birgə təşkil edilib. Tədbirdə, həmçinin İqlim Dəyişimi İstiqrazları Təşəbbüsünün İdarə Heyətinin sədri, AR Mərkəzi Bankının baş direktoru, CFA İnstitutunun direktoru, Beynəlxalq Qiymətli Kağızlar Komissiyaları Təşkilatının (IOSCO) baş katibinin müavini, “Nobel Energy” şirkətinin Maliyyə Qrupu direktoru iştirak ediblər.
Sonda panel iştirakçıları “İqlim Dəyişimi üçün Açılış Zəngi”ni çalıblar.
Maliyyə bazarlarında 17 ildən artıqdır ki, fəaliyyət göstərən Unicapital yaşıl investisiya konseptinin daha geniş yayılması üçün hər zaman yeni təşəbbüslər irəli sürür. Xatırladaq ki, ötən ay “Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyi ilə Azərbaycanda beynəlxalq yaşıl maliyyə standartlarına uyğun ilk istiqrazlar buraxılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!