"PASHA Bank Cup VI" yarışının qalibləri müəyyən olub | Banco.az

"PASHA Bank Cup VI" yarışının qalibləri müəyyən olub

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tərəfindən keçirilən növbəti "PASHA Bank Cup" müsabiqəsi başa çatıb. 

29 sentyabrda Bakı Mühəndislik Universitetində keçirilən final mərhələsində qüvvəsini sınayan 68 iştirakçıdan kateqoriyalar üzrə ümumilikdə 12 qalib seçilib.

Tədbirdə çıxış edən “PAŞA Bank”ın idarə heyətinin üzvü Calal Orucov ölkədə İT sahəsində təhsil alan, eləcə də çalışan bacarıqlı kadrları üzə çıxarmaq istiqamətindəki fəaliyyətindən və "PASHA Bank Cup" müsabiqəsinin bu istiqamətdəki mühüm rolundan danışıb. 

“Bu sahə ölkəmiz üçün ən strateji istiqamətlərdən biridir. “PAŞA Bank” olaraq, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kiber təhlükəsizlik və rəqəmsal mühəndislik sahələrində tədbirlərin təşkilini davam edəcəyik. Ölkəmizdəki təhsil ocaqları ilə yaxından əməkdaşlıq edərək, gənclər arasında bu sahəyə daha çox maraq yaratmağı hədəfləyirik,”deyə, C.Orucov qeyd edib. 

"PASHA Bank Cup VI" yarışının qalibləri: 

Məktəblilər

  1. Fuad Qarayev
  2. Ayxan Dəmirli
  3. Həsən Əliyev 

Tələbələr

  1. Sahib Əliyev
  2. Emil İnoçkin
  3. Emin Orucov 

Peşəkarlar

  1. Ziya Mukhtarov
  2. Rəşad Məmmədov
  3. Cavid İbrahimov 

“PAŞA Bank”lılar

Ən sərfəli kredit üçün müraciət et

  1. Anar Verdiyev
  2. Ülvi Aslanlı
  3. Anar Məmmədov 

Qaliblərə və final mərhələsində yüksək nəticə göstərən iştirakçılara Bank tərəfindən MacBook Pro M3, iPad Pro 11 M4, Apple watch və digər dəyərli hədiyyələr təqdim olunub. 

Xatırladaq ki, “PAŞA Bank”, İT sahəsinin inkişafına töhfə vermək, eləcə də bu sahədə ən son trendləri və təcrübələri paylaşmaq üçün “Rəqəmsal zirvələr” konfransı, “Hackathon”lar və bir sıra layihələr həyata keçirib və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et