Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Qəzza zolağı və İordan çayının qərb sahilindəki fələstinlilərə 336 milyon dollar əlavə humanitar yardım göstərmək niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə "Reuters" Amerika Beynəlxalq İnkişaf Agentliyinə (USAID) istinadən məlumat yayıb.
Qeyd olunur ki, maliyyə vəsaiti bu ərazilərə ərzaq, dərman və ilkin tələbat mallarının çatdırılmasına, eləcə də İsrail ordusunun hərəkətləri nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilərin qışda müvəqqəti mənzillə təmin olunmasına imkan verəcək.
Məlumata görə, Qəzza zolağı və İordan çayının qərb sahili son bir ildə humanitar böhran vəziyyətindədir.
“Birləşmiş Ştatlar münaqişənin bütün tərəflərini atəşkəs və girovların dərhal azad edilməsi, habelə Qəzza zolağına genişmiqyaslı humanitar yardımın çatdırılması barədə razılığa çağırmaqda davam edir”, - məlumatda deyilir.