Qlobal ərzaq qiymətləri arta bilər | Banco.az

Qlobal ərzaq qiymətləri arta bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Asiyadan Cənubi Amerikaya qədər bütün dünyada baş verən quraqlıqdan daşqınlara qədər hava dəyişkənliyi son nəticədə qlobal ərzaq qiymətlərinin artmasına səbəb ola bilər.

Banco.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, 9 əsas məhsulu əhatə edən “Bloomberg” Kənd Təsərrüfatı Spot İndeksi aylıq təxminən 7% artım yolundadır ki, bu da 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu başlayandan bəri ən yüksək göstəricidir.
Braziliyadan Vyetnam və Avstraliyaya qədər fermerlər şəkər, taxıl və qəhvə məhsullarını təhdid edən həm daşqın, həm də həddindən artıq quraqlıqla mübarizə aparırlar.

Ən sərfəli kredit üçün müraciət et

Çikaqo buğdasının qiymətləri sentyabr ayında əsas ixracatçı ölkələrdəki əlverişsiz hava şəraitinin qlobal ehtiyatları daha da azalda biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən artıb.
Avstraliya tarlaları həm quraqlıq, həm də şaxta təhlükəsi ilə üz-üzədir, Qara dəniz bölgəsində yağışın olmaması isə gələn ilin məhsulu üçün əkinləri ləngidir.

Bundan əlavə, soya fyuçersləri son iki ildə ən böyük aylıq artıma hazırlaşır, çünki top istehsalçı Braziliya son onilliklərin ən pis quraqlığı ilə mübarizə aparır.

Qeyd olunub ki, bəzi ərazilərdə erkən əkin sürətini məhdudlaşdıran quru şəraitin davam edəcəyi gözlənilir.

Ən sərfəli krediti almaq üçün müraciət et