İşçi hansı halda işindən ayrılmalıdır? - AÇIQLAMA | Banco.az

İşçi hansı halda işindən ayrılmalıdır? - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseyli/Banco.az

İş yerini tərk etmək üçün ən uyğun vaxt bir neçə amilə bağlıdır. Bunlar arasında şəxsi və peşəkar məmnuniyyət, karyera inkişafı imkanları və iş mühiti önəmlidir.

Banco.az xəbər verir ki, burada bəzi əlamətlər var ki, onlara diqqət yetirmək, iş yerini dəyişdirmək üçün doğru vaxtın gəldiyini göstərə bilər.

Bu barədə açıqlama verən insan resursları üzrə mütəxəssis Aygün Hüseyn hesab edir ki, əgər şirkətdə maaş ədalətli paylanmayıbsa, əmək haqqı artımı yoxdursa bu işdən çıxmaq üçün səbəb sayıla bilər:

Ən sərfəli kredit üçün müraciət et

“Əgər iş yerində hər hansı bir peşəkar irəliləyiş olmursa, yeni bacarıqlar öyrənmək və ya vəzifədə yüksəlmək imkanları məhduddursa, bu vəziyyət işdən çıxma vaxtının gəldiyini göstərə bilər. Xüsusən də iş məmnuniyyəti azalıbsa, işiniz sizə xoşbəxtlik və ya məmnuniyyət gətirmirsə, motivasiyanızda azalma varsa, yeni bir fürsət axtarmaq düşünülə bilər. Bununla yanaşı rəhbərlər uzun müddət səyləri dəyərləndirmirsə, işçinin maaş və digər mükafatlandırma gözləntilərini qarşılamırsa, bu da iş dəyişikliyi üçün səbəblərdən sayılır. Ümumiyyətlə, davamlı olaraq  stresli və ya toksik bir mühitdə işləmək sağlamlığınıza mənfi təsir göstərə bilər. Belə vəziyyətlərdə sağlamlıq prioritetdir”.

Ən sərfəli krediti almaq üçün müraciət et